Bia.Az

Münxen “zirvəsi”ndən görünən sülh müqaviləsi – Çox qaldımı?

Gündəm
 19-02-2023, 15:38     235

Təxminən 3 ay yarımlıq fasilədən sonra (son görüş 31 oktyabr 2022-də, Soçidə baş tutub) Azərbaycan və Ermənistan rəhbərləri yenidən bir araya gəldilər. Bu dəfə Münxendə, ABŞ-ın moderatorluğu ilə.

Ancaq erməni tərəfi yenə sübut elədi ki, moderator kim olur-olsun, köhnə havanı çalacaq. Hər halda, sızan bilgilərdən bu qənaət hasil oldu.
Təəssüf, Nikol və komandası hələ də anlamayıb ki, sülh müqaviləsindən kənarda Ermənistanın heç bir problemi həllini tapmayacaq. Çünki bu – açar sənəddir, hər şey ondan başlayacaq.
“Ermənistanın mövqeyində tərəqqi var, amma kifayət deyil”.
Bunu görüşdən sonra İlham Əliyev söyləyib. Onu da bildirib ki, Ermənistanın nə istədiyi dəqiq məlum deyil.
Əslində məlumdur: bacardıqca sülh müqaviləsindən yayınmaq, vaxtı uzadıb guya Ermənistan üçün məqbul regional və qlobal şərtlərin yetişməsini gözləmək, ona qədər isə hərbi cəhətcə güclənmək. Sanki Azərbaycan ona qədər əlini-qolunu sallayacaq və heç nə eləməyəcək.
Doğrudan da, bunu indi necə başa düşək: Paşinyan bir yandan deyir ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi sayır, digər yandan da Azərbaycan Prezidentinin “bizdə Dağlıq Qarabağ ərazi vahidi yoxdur” sözlərinə irad tutaraq bildirir ki, “Dağlıq Qarabağ” ifadəsi İlham Əliyevin imzası duran 10 noyabr (2020) üçtərəfli bəyanatında yer alıb.
Nə olsun? Bəyəm bu o deməkdir ki, aranlı-dağlı Qarabağ Azərbaycana məxsus deyil?
Bu, bir daha onu göstərir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyib və “Dağlıq Qarabağ” ifadəsini sülh müqaviləsinə salmağa, daxili işlərimizə qarışmağa, dünyada konfliktin bitmədiyi rəyini yaratmağa çalışır.
Deməli, İrəvanın sülh ritorikası səmimi deyil. Çünki 10 noyabr sənədində “Dağlıq Qarabağ” ifadəsinin olması Azərbaycanın suveren dövlət kimi öz inzibati ərazi quruluşunda dəyişiklik edə bilməyəcəyi anlamına gəlməz! Bəlkə bunun üçün Ermənistandan və ya hansısa başqa ölkədən icazə almalıyıq?
Əslində bu fakt vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikolun hüquqi bisavadlığına dəlalət edir. Məsələ ondadır ki, 10 noyabr üçtərəfli bəyannamədə “Dağlıq Qarabağ” ifadəsi yer alsa da, orada heç bir statusdan, Qarabağda hansısa separatçı qurumun varlığından və ən əsası, onun müstəqil tərəf kimi tanınmasından söhbət getmir. Sənəddə belə bir anlayış, yanaşma, qeyd yoxdur.
Həmçinin, 44 günlük müharibədən sonra Ermənistan, Azərbaycan, Rusiya və Avropa İttifaqı liderlərinin imzaladığı çoxtərəfli sənədlərin demək olar, heç birində “Dağlıq Qarabağ” ifadəsi yoxdur:
11 yanvar 2021-ci il üçtərəfli Moskva Bəyanatı – “Dağlıq Qarabağ” ifadəsi yoxdur;
26 noyabr 2021-ci il üçtərəfli Soçi Bəyanatı - cəmi bircə dəfə, o da konfliktlə bağlı istifadə olunub;
14 dekabr 2021-ci il üçtərəfli Brüssel sənədi – yoxdur;
6 aprel 2022-ci il üçtərəfli Brüssel sənədi – yoxdur;
23 may 2022-ci il üçtərəfli Brüssel sənədi – yalnız “Qarabağın etnik erməni əhalisi” ifadəsi var;
6 oktyabr 2022-ci il 4-tərəfli (+Fransa) Praqa anlaşması – yoxdur;
31 oktyabr 2022-ci il Soçi Bəyanatı – yoxdur.
Qısası, “Dağlıq Qarabağ” ifadəsi çoxdan “radarlardan” itib.
Bəs erməni baş nazir niyə bu sənədlərə də istinad eləmir? Axı onların da altında Paşiyanın imzası var. Yəni “Dağlıq Qarabağ” ifadəsindən özü də imtina edib. O zaman “o nə turşu, bu nə pəhriz”.
63f1660a09d5763f1660a09d58167676467963f1660a0917863f1660a0917a.jpg (287 KB)
Yaxud Nikolun Münxendə də sırtıqcasına qaldırdığı blokada şivəni, “Dağlıq Qarabağda humanitar böhran” hay-küyü.
Bunlar da yoxdur. Azərbaycan Prezidentinin vurğuladığı kimi, hər şey qırağa, əgər erməni oliqarx-dələduz Ruben Vardanyan rahat şəkildə Xankəndidən İrəvana, oradan da Moskvaya gedib eyni yolla geri qayıdırsa, bunun harası blokadadır? Son 2 ay bir həftə ərzində Laçın yolundan ermənilərə və ya sülhməramlılara məxsus 2500 avtomobil keçib. Bu müddətdə Qarabağda bir dığa belə nə acından gəbərib, nə də dərmansızlıqdan. Amma Nikol və komandası hələ də, hər yerdə utanmazcasına blokadadan, humanitar fəlakətdən dəm vururlar.
Əmin ola bilərsiz, Laçın yolunda aksiya olmasaydı, Azərbaycanı ittiham eləmək üçün başqa bir şey tapacaqdılar. Zira, bəhanə axtaranlar onu tapır. Eləcə də sülhü yaxşı axtarmayanlar həmişə müharibəyə tuş gəlirlər! Bizdən xəbərdarlıq eləmək. Erməni möcüzə gözləməsin. Möcüzə olmayacaq. Əvəzində yağlı “Dəmir qapaz” olacaq. Növbəti...
Zahid SƏFƏROĞLUскачать dle 12.1