Bia.Az

ABŞ: Rusiya bu ölkədə sabitliyi poza bilər

Dünya
 18-02-2023, 15:49     168

Vaşinqton Rusiyanın Moldova hökumətində sabitliyi pozmaq cəhdlərindən narahatdır.


Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Moldova Prezidenti Maria Sandu ilə görüşü zamanı deyib.

"Biz prezident və hökumət tərəfindən həyata keçirilən mühüm islahatları dəstəkləyirik. Eyni zamanda, Rusiyanın hökumətin sabitliyini pozmaq cəhdlərindən dərin narahatıq. Biz Moldovanın bundan qorunmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk", - Blinken qeyd edib.скачать dle 12.1