Bia.Az

Azərbaycanda 22 yaşlı oğlan əkin sahəsində qəfil öldü

Hadisə
 18-02-2023, 15:45     224

Goranboyda bədbəxt hadisə baş verib.

BİA.az  apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Veysli kəndində əkin sahəsində qeydə alınıb.

Kənd sakini 2001-ci il təvəllüdlü Mustafayev Şahin Neymət oğlu əkin sahəsində suvarma işləri aparan zaman qəfil halı pisləşib.

Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, 22 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.скачать dle 12.1