Bia.Az

Ordudakı durumdan Putinə şikayət edən hərbçilərə üzr videosu çəkdirdilər - VİDEO

Dünya
 18-02-2023, 15:00     148

Yeni il ərəfəsində Makeevkada raket atəşə tutulan və əsgər yoldaşlarının çoxunu itirən 2 rusiyalı hərbçi vəziyyətlərinin acınacaqlı olması, təchizatdakı çatışmazlıq və komandirlərin çirkin münasibəti ilə bağlı Rusiya prezidenti Vladimir Putinə və yuxarı instansiyalara videomüraciət ünvanlamışdı.

Azpost.info xəbər verir ki, Rusiyanın “Teleqram” kanallarından birinin məlumatına görə, Samaradan səfərbər olan bu hərbçilərə şikayətlərinə görə üzr videosu çəkdiriblər.
Videodan görünür ki, iki hərbçi məhbusların daşınması üçün təchiz olunmuş qara avtomobildən düşür, meydançada əsgərlərin cərgəsində dayanır və şikayətlərinə görə yuxarı komandanlıqdan və müdafiə nazirindən üzr istəyirlər.
“Bu cür müraciətlər rəqiblərimizin əlinə keçir. Onlarda belə təəssürat yarana bilər ki, biz hazır deyilik, təminatlı deyilik və ciddi qüvvəni təmsil etmirik”, – deyən hərbçi əsgərləri belə hallarda komandirlərə müraciət etməyə çağırır.
Bundan sonra hər iki hərbçi yenidən maşına mindirilir.
“Onların xidmət etdiyi 1444-cü alay dekabr ayında Makeevka ərazisində idi. Yeni il ərəfəsində raket zərbəsi nəticəsində xeyli itki verdilər. Rusiya Müdafiə Nazirliyi ölənlərin sayının 89, Kiyev isə 400 nəfər olduğunu açıqladı. Fevralın əvvəlində iki nəfər videomüraciət ünvanlayaraq bildirib ki, Makeevkada əsgərlərin kütləvi ölümündən sonra onların alayı dağıdılıb və bu, bir faciədir. Hərbçilər komandirlərin çirkin münasibətindən, təchizatdakı çatışmazlıqlardan şikayətlənərək Samara vilayətinə qaytarılmalarını tələb ediblər. Fevralın 15-də hərbi polis “narazıları” həbs edib və onları üzr istəməyə məcbur edib”, – kanalın məlumatında bildirilir.
скачать dle 12.1