Bia.Az

“4 ölkənin səfirlərindən məsləhət alan jurnalistlər...” - deputat

Siyasət
 18-02-2023, 14:50     252

Milli Məclisin sonuncu plenar iclasında 14 qanunvericilik aktına "Media haqqında" qanunun tələbindən irəli gələn düzəlişlər edildi. Musavat.com bildirir ki, düzəlişlər texniki xarakter daşısa da, deputat Sahib Alıyev bəzi məsələlərlə bağlı fikirlərini bildirməyi lazım bilib.

S.Alıyev düzəlişlərə yol açan qanunla bağlı yeni məkrli addımların atıldığı səbəbindən fikirlərini bölüşüb və bu barədə sosial şəbəkədə paylaşım edib. Qeyd edib ki, “Media haqqında” qanunun qəbulundan bir ildən artıq vaxt keçdikdən sonra qərbdəkilər onun demokratikliyini şübhəyə alan cəhdlərə başlayıblar: “Avropa Birliyinin Bakıdakı Missiyasının rəhbəri, ABŞ, Fransa, Almaniya və Kanadanının səfirləri təsir altında olan, yaxud da təsir agentləri gözündə görülən bəzi jurnalistlərlərlə "məsləhətləşmə"lər keçirmək qərarına gəliblər. Belə görünür ki, onların planı Azərbaycan əleyhinə yeni təbliğat kampaniyasına start verməkdir.
Heç kimə, o sıradan da həmən tədbirə dəvət olunan jurnalistlərin çoxuna sirr deyil ki, bu "məsləhətləşmə" heç də Azərbaycanda media azadlığına qarşı hər hansı bir təhdidlərlə bağlı deyil. Belə bir təhdid də yoxdur və “Media haqqında” qanun daha çox tənzimləyici, nizamlayıcı, təkmilləşdirci xakarter daşıyır, oradakı məhdudlaşdırıcı məqamalara əksər ölkələrin qanunvericiliyində rast gəlmək olar. Bu məsləhətləşmə və onun ardınca başladılacaq kampaniyada məqsəd dövlətimizin öz torpaqları üzərində suverenliyinin tam təmininə əngəl yaratmaqdır. Qərbdəki bəlli çevrələrin Laçın yolundakı aksiyayla bağlı əsassız tələblərini yerinə yetirimədiyinə görə Azərbaycana təzyiq etməkdir. Avropa Birliyi missiyasının Bakıda təşkil etdiyi bu “məsləhətləşmə” də bizim razılığımız olmadan həmən qurumun adından sərhədlərimizdə guya monitorinq həyata keçirmək üçün jandarm göndərilməsi siyasətinin davamı və tərkib hissəsidir”.
Deputat qeyd edib ki, Azərbaycanda media, söz azadlığından guya rahatsız olanlar niyə dönüb özlərinə baxmırlar: “Baxın, Avropa Media Azadlığı Mərkəzi(ECPMF), Beynəlxalq Mətbuat İnstitutu, Avropa Jurnalistlər Federasiyası və Böyük Britaniyanın ARTİCLE 15 təşkilatının birgə təşkil etdikləri Konsosrsiumun apardığı araşadırmalar nəticəsində təkcə ötən il Avropa Birliyinə üzv dövlətlər və üzvlüyə mamizdə olanlarda media ilə bağlı təzyiq xarakterli 813 insident qeydə alınıb ki, onun da 489-u birincilərin payına düşür.
Medianın ən çox basqılarla üzləşdiyi Avropa dövlətləri arasında birinci və ikinci yerləri Almaniya ilə Fransa bölüşürlər. O Faransa ki, səfiri sözü gedən “məsləhətləşmə”lərdə özəlliklə canfəşanlıq gösətib. Səbəb də aydındır. Bunun arxasında rəsmi Parisin Azərbaycanın ikinci Qarabağ savaşında əldə etdiyi qələbənin nəticəis ilə razılaşmamaq siyasəti durur.
Diqqət edin, son 30 ildə 40 jurnalistinin qətlə yetirilməsinin üstü açılmayan Avropa Birliyində təkcə ötən il 60 senzura faktı qeydə alınıb. Maraqlıdır deyilmi, Faransada zəlzələ nəticəsində qardaş Türkiyənin üzləşdiyi faciə məsxərəyə qoyulanda söz azdlığı yada düşür, öz maraqlarına uyğun gəlməyən yazı və materiallara qarşı isə senzura tətbiq edilir. Bunu necə başa düşək? Qərbdəki 4 ölkənin səfirindən məsləhət alan jurnalistlərimizə səslənirəm, onlar da Şuşada belə bir tədbir keçirsinlər, görsünlər Fransa ilə ABŞ-ın səfirləri ora gələcəklərmi? Əlbəttə, gəlməyəcəklər”.
S.Alıyev ardınca bildirib: “Adamı ağrıdan odur ki, bizim o jurnalistərin bir çoxu heç də savadsız deyillər, aralarında mediada saç-saqqal ağardanlar da var. Onlar da bu “məsləhətləşmə”nin keçirilməsində əsl məqsədin nə olduğunu gözəl bilirlər. Ancaq təəssüf ki, qrant almağa görə və digər səbəblərdən özlərindən Azərbaycana qarşı alət kimi faydalanılmasına şərait yaradırlar. Yaradırlar yaratsınlar, öz işləridir. Ancaq əmin olsunlar ki, onların məsləhət aldıqlarının yanında hörmətləri heç də Qərbdə, yerləşdikləri ölkələrin xüsusi xidmət orqanlarından tapşırıq alaraq dövlətimizə qarşı tərbiyyəsiz, mənəviyyatdan uzaq, söyüş dolu böhtanlar səsləndirən degeneratlardan çox deyil və olmayacaq. Ona görə ki, söhbət Azərbaycanın onlar kimi yox, onlar istəyən kimi, yəni zəif, asılı bir dövlət olmasına çalışanlardan gedir. Elələrinə Azərbaycan jurnalistinin savadlı və hazırlıqlı olması da əl vermir. Azərbaycan siyasətçisini də, jurnalist və bloqçusunu da qərbdə bəslədikləri degeneratlar var ha, bax o cür səviyyəsz, manqurt görmək istəyirlər.
Mənim bu qiymətləndirməm subyektiv təsir bağışlaya bilər, amma tam şəkildə onların indidəydək yeritdikləri siyasətə əsaslanır”.скачать dle 12.1