Bia.Az

İran meydan oxudu: Nüvə proqramı davam edəcək

Dünya
 18-02-2023, 14:45     137

Tehran öz nüvə proqramını MAQATE ilə konstruktiv əməkdaşlıq çərçivəsində davam etdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri İran XİN rəsmisi Nasir Kənani ABŞ və Körfəz ölkələrinin İranı “region və dünya üçün təhdid” adlandırmasına cavab olaraq deyib.

“İran mövcud siyasi təzyiqlərə və təbliğat qarayaxma kampaniyalarına baxmayaraq, sülhməramlı nüvə enerjisi proqramını və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə konstruktiv əməkdaşlığı davam etdirəcək”, - o bildirib.

Kənani qeyd edib ki, İran diplomatiyaya inanır və regional böhranları siyasi həll yolu ilə həll etməyə çalışır.

Qeyd edək ki, ABŞ və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının üzvü olan ölkələr İranın sabitliyi pozan fəaliyyətlərini cilovlamaq imkanlarını artırmaq üçün müdafiə sahəsində əməkdaşlıq və əməliyyat koordinasiyasını genişləndirmək barədə razılığa gəliblər.

Sənədi imzalayan dövlətlər İran tərəfindən silahların yayılması və tədarükünü regionun və dünyanın təhlükəsizliyinə ciddi təhdid adlandırıb və Tehranı “dərhal öz siyasətini dəyişməyə və MAQATE ilə xoşməramlı əməkdaşlığa çağırıb.скачать dle 12.1