Bia.Az

ERMƏNİSTAN MÜHARİBƏYƏ APARAN YOLU QISALDIR - İrəvanın “barıt” qoxulu sülh variantı

Gündəm
 18-02-2023, 13:42     234

Politoloq: “Ermənistan Qarabağ erməniləri məsələsində Azərbaycanın əl-qolunu bağlamağa çalışır...”

Ermənistan rəhbərliyi 2023-cü ildə də sülhü əngəlləyən pozucu və təxribatçı ritorikasını davam etdirir. Bakının sülh müqaviləsi üçün irəli sürdüyü 5 baza prinsipinə etiraz etməyən rəsmi İrəvan 2 ildir həmin prinsiplərə vaxtaşırı müxtəlif əlavə və təkliflər edib Azərbaycana qaytarmaqla, vaxt uzadır, Avropadakı havadarlarına arxayın olub, təhlükəli gedişlər edir. Keçək konkretliyə.
Ermənistanın Baş naziri Nikol Paşinyan srağagün bəyan edib ki, Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsi başa çatıb və təklifləri Bakıya göndərib. O, sənədin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verildiyini söyləyib. Elə təkcə bu faktın özü (artıq mövcud olmayan Minsk qrupu məsələsi) İrəvanın sülh məsələsində nə dərəcədə qeyri-səmimi və qeyri-adekvat olduğunu çılpaqlığı ilə ortaya qoyur.
Sual yaranır: beynəlxalq hüquqa söykənən 5 məlum və konkret prinsipi qəbul etdiyini söyləyən İrəvan, görəsən onların üzərində daha neçə il “işləyəcək”, daha nə qədər təklif irəli sürəcək? Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev sülh müqaviləsinin hansısa böyük həcmli bir sənəd yox, sırf tezisləri əks etdirən yığcam, yazılı anlaşma ola biləcəyini söyləyib.
“Biz istənilən vaxt imzalamağa hazır olduğumuz sənədin baş tutması üçün çalışırıq. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Lakin ümid edirik, danışıqların 3 raundu zamanı əldə edilmiş irəliləyişin inkişafına nail ola biləcəyik”, - Nikol Paşinyan qeyd edib.
Nikol Paşinyan ABŞ-a səfərə gedib
Erməni Baş nazir onu da bildirib ki, imzalanma uzunmüddətli sülhə gətirib çıxarmalıdır və sülh müqaviləsi müharibə üçün səbəbə çevrilməməlidir. O, hökumətin və şəxsən özünün belə bir sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu təsdiqləyib.
*****
Necə deyərlər, “avazı yaxşı gəlir, oxuduğu Quran olsa”. Problem də ondadır ki, İrəvan “sülh müqaviləsinin müharibə üçün səbəbə çevrilməməsi” üçün heç nə etmir. Şünki 2 ildir Paşinyan analoji sözləri deyir, vədlər verir, “imzalamağa hazıram” söyləyir. Ortada isə nəticə yoxdur. Ona görə ki, erməni tərəfinin təsəvvüründəki sülh sazişinin real sülh sənədinə heç bir dəxli yoxdur. Elə olmasaydı, Paşinyan eyni gündə Laçın yolundakı etiraz aksiyasından danışarkən ənənəvi həyasızlıqla Bakını yenə “Qarabağda etnik təmizləmə aparmaq”da suçlamazdı.
Paradoksa bax, 30 illik işğal dövründə Azərbaycan torpaqlarında etnik təmizləmə aparıb soyqırımlar törədən təcavüzkar ölkənin rəhbəri utanmazcasına Azərbaycanı etnik təmizləmədə ittiham edir. Belə birisinin səmimi şəkildə Bakı ilə ədalətli sülh müqaviləsi imzalayacağını gözləmək, görəsən, nə dərəcədə realdır?
Григорян, Армен Валерьевич — Википедия
Armen Qriqoryan
Erməni tərəfinin sənədə elədiyi növbəti əlavələrə gəlincə, onların mahiyyətini bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan əslində açıb. Bir daha bəlli olub ki, ağlı işğal dönəminə gedən İrəvan hələ də sülh müqaviləsini Bakı ilə Xankəndi arasında danışıqlar üçün “beynəlxalq mexanizm”in yaradılmasına aparıb bağlayır. Yəni faktiki separatçı rejimi danışıq tərəfi kimi masaya oturtmağa çalışır.
Başqa sözlə, Ermənistan ərazi bütövlüyümüzü şübhə altına almağa davam edir. Artıq Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə İrəvanın bu cəhdlərini rədd edib. İrəvanı ərazi bütövlüyümüzü sayğısızlıqda, sülhdə maraqlı olmamaqda suçlayıb.
“Bir daha xatırlatmaq istərdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir”, - deyə XİN sözçüsü vurğulayıb.
*****
“Sülh sənədinin erməni variantı regionda vəziyyəti gərginləşdirməyə aparan birbaşa yoldur”.
Bunu Minval.az-a politoloq İlqar Vəlizadə söyləyib.
“Ermənistan tərəfinin Qarabağ məsələsindəki sülh təşəbbüslərinə gəlincə, bu - danışıqlar prosesinin imitasiyasıdır. Ermənistanın təkliflərində Azərbaycanın açıq şəkildə qəbul etməyəcəyi məqamlar var, çünki Azərbaycan ərazisində ermənilərlə bağlı qeyd-şərt var ki, bu da praktiki olaraq ölkənin daxili işlərinə qarışmaq deməkdir”, - politoloq bildirib.
Vəlizadə: “Azərbaycan regionun enerji təhlükəsizliyindəki rolunu  möhkəmləndirib” - 19.09.2017, Sputnik Azərbaycan
İlqar Vəlizadə
Təhlilçinin sözlərinə görə, Ermənistan Qarabağ erməniləri məsələsində Azərbaycanın əl-qolunu bağlamağa çalışır və bu yolla nəinki özü üçün Qarabağdakı ermənilərin hüquqları ilə bağlı vəziyyəti izləmək, həm də zərurət yaranarsa, beynəlxalq hüquqi element kimi vəziyyətə müdaxilə imkanı qazanmaq istəyir: “Aydındır ki, heç kim bu mətnlə razılaşmayacaq”.
Politoloqun fikrincə, sülh müqaviləsində əsas mübahisəli məqam Qarabağ ermənilərinin hüquqlarının təmin olunması ilə bağlıdır. 
Əgər belə bir bənd sənəddə nəzərdə tutulubsa, bu o deməkdir ki, Azərbaycan Qarabağ ermənilərinin məsələsini müstəqil həll edir və müəyyən dərəcədə Ermənistanla məsuliyyəti bölüşür. Bu, hüquqi baxımdan yanlışdır. Sabah İrəvan hesab etsə ki, Qarabağ ermənilərinin hüquqları kifayət qədər qorunmur, o zaman Azərbaycanın bu regionu ilə bağlı yenidən beynəlxalq hüquqi müstəvidə məsələ qaldıra bilər. Bütün bunlar Bakı üçün məqbul deyil”, - deyə o vurğulayıb.
Ekspert deyir ki, əgər erməni tərəfi bu variantda israr etsə, o zaman sülh müqaviləsi imzalanmayacaq. 
“Sülh sənədi də yoxdursa, bu, yeni münaqişə üçün əsasıdır. Bu ifadənin özü situasiyanı gərgin saxlayır və bölgəni partlayış xarakterli edir. Məsələ bundadır”, - ekspert əlavə edib.
Sülh perspektivləri və Ermənistanın oyunları barədə danışan tanınmış rusiyalı analitik İqor Korotçenko da hesab edir ki, İrəvanın hərəkətləri yeni və labüd hərbi qarşıdurmaya aparır. Onun qənaətincə, Ermənistan sadəcə, vaxt uzatmaqla silahlanmaq niyyəti güdür və revanş hissi ilə yaşayır.
Demək, bədəlinə də hazır olmalıdır... (“Yeni Müsavat”)скачать dle 12.1