Bia.Az

Qüdrət Həsənquliyev: “Məhkəmə sistemində nizam-intizam yaradılmalıdır”

Siyasət
 17-02-2023, 13:38     233

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bu günlərdə Ali Məhkəmənin 100 illik yubileyinin qeyd olunmasından bəhs etdi. “Çox təəssüf ki, Ali Məhkəmənin keçmiş sədrləri həmin tədbirə dəvət olunmamışdı. Mən Ali Məhkəmənin vicdanlı üzvlərini təbrik edirəm, onlara uğurlar arzulayıram”-deyə, deputat çıxışına başladı.

Deputat daha sonra qeyd etdi ki, toxunacağı məsələ həm də Ali Məhkəmənin qəbul etdiyi qərarlarla bağlıdır. “AzərTacın keçmiş müxbiri Aygün Əliyeva mətbuata açıqlama vermişdi ki, o artıq intihar həddinə çatıb və intihar edəcək. Mən həmin saytın rəhbərliyi vasitəsilə onun həyat yoldaşı və özü ilə əlaqə saxladım”- deyə, Q.Həsənquliyev əlavə etdi. Bildirdi ki, həmin xanım ağlayırdı, depressiya vəziyyətində idi: “Mən onun hüquqlarını müdafiə etməyə çalışacağımı bildirdim. Söhbət nədən gedir? Xatırlayırsınız, biz, siyasi partiyalar haqqında qanun qəbul etdik. O zaman mən dedim ki, dövlət qulluqçuları siyasi partiyanın üzvü olmasın. Amma orada bildirildi ki, burada pis heç nə yoxdur, ola bilərlər. AzərTac dövlət publik hüquqi şəxsdir. Publik hüquqi şəxsin üzvləri də siyasi partiyaların üzvləri ola bilər. Amma Aygün Əliyeva öz imzası ilə deyil, başqa imza ilə Operativ Qərargahı tənqid edən bir yazı yazıb. Amma müəyyənləşdiriblər ki, bu yazını yazan kimdir və bundan sonra onu tutduğu vəzifədən kənarlaşdırıblar. Bundan sonra birinci və ikinci instansiya məhkəməsi həmin xanımın əleyhinə qərar qəbul edib. Ali Məhkəmə isə qərar qəbul edib ki, həmin əsaslandırılmamış qətnamələr olduğuna görə, bu ləğv olunsun. Bundan sonra həmin xanımın siyasi motivlərlə işdən çıxarılması hətta məhkəmə qətnaməsinin əsaslandırılmasında da öz əksini tapıb - təsviri əsaslandırıcı hissəsində. Orada 43-cü bənddə qeyd olunur ki, iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında dövlətçiliyə, prezidentə, xalqa sadiq olduğunu, dövlətə sadiqliyi ilə seçilən jurnalist Mirzə Əskərovun qızı olduğunu bir daha qeyd edib. Yəni məhkəmə bu faktı təsbit etməklə göstərir ki, yəni bu xanım prezidentə, dövlətə sadiq bir insandır və operativ qərargahın fəaliyyəti haqqında başqa imza ilə bir tənqidi yazı yazıb. Ona görə, onu tutduğu vəzifədən azad ediblər. Mən hesab edirəm ki, məhkəmə sistemində nəhayət, nizam-intizam yaradılmalıdır”.скачать dle 12.1