Arxiv

Oxunub:605 / 14 fev 07:33gundem, bolge

Hacıqabullular Əhməd müəllimi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirir

Hacıqabullular Əhməd  müəllimi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirir

Hacıqabul Azərbaycanın ən gözəl guşələrindən biridir. Burada çox gözəl təbiət var, çox gözəl şərait var. Ancaq xalqımızın ümummilli lideri Heydər Əliyev demişkən, ən böyük nemət, ən böyük sərvət burada yaşayan insanlardır. Vətənpərvər, zəhmətkeş insanlardır. O insanlar ki, daim, bütün dövrlərdə Azərbaycanın dövlət müstəqilliyinin güclənməsi istiqamətində fəaliyyət göstərmişlər, bu işə öz əməyini vermişlər.

Son günlər Hacıqabul rayonunda alqışa layiq işlərin görülməsi bir növ rayon sakinlərinin böyük sevincinə səbəb oldu.

Bunlardan əlavə ölkə başçısının rayona olan diqqət və qağısı görülən işlərin bariz nümünəsidir. Etiraf edək ki, Hacıqabul rayonu cənnətməkana çevrilməklə digər rayon sakinlərini buradakı tərəqqiyə dövlət başçısı tərəfindən verilən yüksək qiymətdən məmnundur. Cənab prezident İlham Əliyev demişdir:

“Hacıqabulun çox gözəl turizm potensialı var. Ümumiyyətlə, hesab edirəm ki, bu zona turizm üçün ən cəlbedici zonadır. Şamaxıdan Balakənə qədər bu, böyük bir turizm zonasıdır ki, indi müasir otellər, əyləncə və istirahət yerləri tikilir. Bu bölgənin inkişafı üçün Qəbələdə bir neçə il bundan əvvəl beynəlxalq aeroport tikilmişdir. Digər qonşu rayonlarda işlər gedir. Gözəl otellər tikilir. Hacıqabulun da çox gözəl turizm imkanları var. Əminəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik”.

Bəli, bu gündə Hacıqabul rayonunda görülən işlər yüksək qiymətləndirilir. Əlbətdə ki, buda Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun tələbkarlığından irəli gəlir.Təəsüflər olsun ki, bəzi quvvələr rayonda ən yüksək səviyyədə göyülən işlərə kölgə salmaq üçün müəyyən metotdlardan istifadə etməyə çalışırlar. Lakin unutmaq lazım deyil ki, rayona el ağsaqqalı təyin olunan Əhməd müəllim bütün maneələri dəf edərək rayonun daha da abadlaşması üçün əlindən gələni əsirgəmədi.

Seçimi doğruldan arqumentasiya

Məlum olduğu kimi, şəhər və rayon icra hakimiyyətlərinin başçılarını təyin etmək dövlət başçısının sərəncamında olan məsələdir. Prezident İlham Əliyevin kadr siyasətinin təhlili göstərir ki, heç bir seçim arqumentsiz deyil, bütün siyasi kurs, aparılan islahatlar olduğu kimi, bu dəyişikliklər də elmi və praktik bazaya, ciddi arqumentlərə əsaslanır.
Bəs gəlin görək Əhməd Muxtarovun Hacıqabul rayonuna təyin olunması hansı səbəblərdən təsadüfi deyil və nəyə görə hacıqabullıları qane edir?

Birincisi, Əhməd Muxtarov Hacıqabul üçün yeni kadr deyil, o Hacıqabul rayonunu tanıyan, regionun və region əhalisinin problemləri ilə tanış olan şəxsdir. Bu səbəbdən də o, idarə və strukturlarının rəhbərlərini tanımaq üçün aylarla vaxt itirməyib. Bu, o deməkdir ki, yolun yarısı qət olunub – birbaşa həllini gözləyən məsələlərin üstünə getmək, Hacıqabullıları narahat edən problemləri həll etmək daha az vaxt alacaq.

İkincisi, Əhməd Muxtarov işləyən, qurub-yaradan kadr kimi tanınır. Bu mənada onun digər vəzifələrdə gördüyü işləri, xatirlatmaq bəs edər.

Üçüncüsü, Başçı yerli əhalinin tanıdığı və hörmət etdiyi adamdır. Əhməd Muxtarov ötən illərdə bu əhalinin simpatiyasını qazana bilib. Bu isə başçıya yerli əhali ilə iki ampuluada dialoq qurmağa imkan verəcək: icra başçısı və “yaxşı insan” olan Əhməd Muxtarov. Belə fonda işləmək, yerli problemləri həll etmək, regionun potensialını realizə etmək, beləliklə də dövlət başçısının təyinat zamanı qarşıya qoyduğu problemləri daha çevik həll etmək mümkündür.
Görünür, kadr seçimində bütün bu detallar dəyərləndirilib.

Bir sözlə, hacıqabullular Əhməd müəllimi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirəcək. Rayon ağsaqqallarının ölkə mətbuatına müraciəti yuxarıda qeyd etdiklərimizi bir daha isbatladı. İnanırıq ki, Əhməd müəllim bundan sonrada daim rayon sakinlərinin yanında olacaq və onların problemlərinin istiqamətində lazımı addımlarını atacaqdır. Ən azından gürülən işlər bunu deməyə əsas verir.