Bia.Az

SON DƏQİQƏ!!! Paşinyan rəsmən elan etdi: Azərbaycanla… – YENİLƏNDİ

Gündəm
 16-02-2023, 12:38     412

Ermənistan sülh razılaşması üzərində onu istənilən an imzalanmağa hazır olacaq məntiq çərçivəsində işləyir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Aydındır ki, bu sənəd Azərbaycan üçün də qəbuledilən olmalıdır. Biz ümid edirik ki, danışıqların üç mərhələsində əldə edilən müəyyən proqres daha da inkişaf etdiriləcək. Sənəd elə bir razılaşma məntiqini, eləcə də hərəkət mexanizmlərini özündə əks etdirməlidir ki, uzunmüddətli sülhün pozulması ilə bağlı istənilən ssenarini istisna edə bilsin. Bunun mənası odur ki, müqavilənin imzalanması müharibəyə səbəb olmamalıdır. Bu, absurd səslənə bilər, amma belə ssenari də mümkündür. Əksinə, bunun yerinə uzunmüddətli sülh olmalıdır”, – o bildirib.

Paşinyan həmçinin Bakı ilə belə müqaviləni imzalamağa hazır olduğunu söyləyib:

“Mən üzərimə belə məsuliyyəti götürüb, daşımağa hazıram”.

Qeyd edək ki, Nikol Paşinyan az öncə Bakıya sülh müqaviləsi ilə bağlı təkliflər göndərdiklərini bəyan edib.


Bundan öncə Mirzoyan Bakıdan sülh razılaşması haqda yeni təkliflər aldığını açıqlamışdı. Ermənistan mətbuatı isə Paşinyanın deputatlarla qapalı görüş keçirərək Bakı ilə sülh danışıqlarını artıq yekun mərhələyə çatdırmağın vaxtının yetişdiyini deməsi barədə məlumat yaymışdı.скачать dle 12.1