Arxiv

Oxunub:91 / 13 fev 09:41dunya

Rusiyada yanğın nəticəsində ölən azərbaycanlıların adları məlum oldu — YENİLƏNİB - FOTO / VİDEO



Rusiyada yanğın nəticəsində ölən azərbaycanlıların adları məlum oldu — YENİLƏNİB - FOTO / VİDEO














Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailənin üzvləri həlak olub.
İlkin məlumatlara əsasən, yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları - Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.

Sevinc Quliyeva Zaur qızı (8 yaş), Aytən Quliyeva Eysavar qızı (19 yaş), Sədaqət Quliyeva Eysavar qızı (1992-ci il təvəllüdlü), Sevinc Quliyeva Şiraslan qızı (1969-cu il təvəllüdlü), İzzət Quliyeva (82 yaş) yanıq xəsarətləri alıblar.

***

"Ölkə.Az" "APA"ya istinadən xəbər verir ki, bu barədə Orenburqdakı Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov bildirib.
Məlumata görə, yanğın, fevralın 12-si, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır.

Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır.


Rusiyada yanğın nəticəsində ölən azərbaycanlıların adları məlum oldu — YENİLƏNİB - FOTO / VİDEO