Bia.Az

Bakıda müəllimlərin maaşından pul tutulacaq?

Fakt
 15-02-2023, 12:27     193

Bakıda bəzi məktəblərdə müəllimlərin maaşından müəyyən məbləğ tutulacağı barədə məlumat yayılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Belə ki, hazır ərizə forması paylaşılaraq Türkiyədəki zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə müəllimlərin maaşlarından pul toplanacağı iddia olunub.

Mövzu ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik və qurumdan direktorlara belə bir göstərişin verilib-verilməməsini aydınlaşdırdıq.

 Qurumdan bildirildi ki, idarədən heç bir məktəb direktoruna müəllimlərdən pul yığılması barədə göstəriş verilməyib. Hər hansı direktor bunu edirsə, şəxsi təşəbbüsü ilə həyata keçirir.скачать dle 12.1