Bia.Az

Əliyev və Putinin telefon danışığının kodları: BİZİM ŞƏRH

Gündəm
 15-02-2023, 11:59     311

Xəbərin ilk yayımlanma saatı: 02:05


Ermənistanı və separatçı rejimi sülhə məcburetmə əməliyyatı başlayır? Prezidentin Bakıda qalmasını şərtləndirən amillər...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub.
Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub.
98m5h1pln2_MN3_4964_1_1_.jpg (214 KB)
Musavat.com təhlilçisi bu danışıqlarda "Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması" detalına diqqət yetirməyi təklif edir. Bəllidir ki, Azərbaycanın və Rusiyanın iradəsinə zidd olaraq, Ermənistan rəhbərliyinin təkidli dəvəti və Avropa İttifaqının da başınabuyruq qərarı ilə məhz Ermənistan - Azərbaycan sərhədlərinə müşahidəçi missiyanın yerləşdirilməsi qərara alınıb.
Bu provokativ prosesdə əsas rollardan birini Fransa Prezidenti Makron oynayır. Bu missiyanın içərisində Fransa jandarmeriyasının təmsilçiləri də vardır. Ümumilikdə, müşahidəçi - güdükçü missiyanın böyük bir qisminin ayrı - ayrı ölkələrə aid hərbi kəşfiyyat personallarından təşkil olunduğu şübhə doğurmur. Fransa və Qərb Güney Qafqaza Ermənistan adlı maşa vasitəsi ilə soxulmaq cəhdləri edirlər.
Ermənistanın xarici ölkələrlə sərhədlərini qorumaqda mükəlləf olan Rusiyanın belə bir durumdan narazı olduğu da bəllidir. Ruslar narahatdır ki, Qərb onun satelliti olan Ermənistanı Kremlin əlindən, eyni ilə Ukrayna modelində olduğu kimi, almağa başlayıb və Rusiyaya qarşı Qafqaz cəbhəsi açmağı məşq edir. Bu baxımdan "satqın Paşinyan"a və onun "Soros"çu komandasına çox qəzəblidir...
Screenshot_1.png (1012 KB)
Rəsmi Bakının da Aİ müşahidə missiyasının onun iradəsinin ziddinə sərhədlərinin mübahisəli hissələrinə yerləşməsinə etirazı vardır. Belə anlaşılır ki, sərhəd məsələsində rəsmi Bakı ilə Kreml arasında keçici mənafe ortaqlığı yaranıb. Azərbaycan belə bir unikal fürsətdən necə istifadə edə bilər? Yaxud sualı belə qoyaq: Azərbaycan belə bir unilal fürsəti əlindən qaçırdarmı?
Daha bir xüsusi məqam da var. Yayılan rəsmi mətndən də göründüyü kimi (diqqət!), prezidentlər arasında telefon danışığında "Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb".
1674102950_1674102874977.png (423 KB)
Hər kəsə bəllidir ki, bu razılaşma məhz erməni tərəfinin təxribatları ilə davamlı şəkildə pozulur. Xüsusən də Azərbaycanın dünya birliyi tərəfindən qəbul olunan legitim ərazisində - Qarabağın bir hissəsində erməni separatçıları yuva qurmuşlar, silahlı banda şəklində təsisatlara malikdirlər, razılaşmanın ziddinə olaraq, ərazilərimizi tərk etmirlər; qeyri-qanuni idarəetmə sturukturları yaradaraq, onları "hakimiyyət" qoları elan etmişlər. Bütün bunlar Azərbaycana tam əsas yaradır ki, öz ərazisində "banda" şəkilndə formalaşmış təsisatları ləğv etsin, qanunlarımıza tabe olmayan şəxsləri nəzarət altına alaraq, ölkənin bütün perimetri boyunca suverenliyi təmin etsin. Azərbaycana bu haqqı həm də 10 noyabr 2020-ci ildə imzalanmış və haqqında söhbət gedən üçtərəfli saziş də verir. Bu sazişdə isə təminatçı hakim tərəf Rusiya, konkret halda, V. Putindir. O Putin ki, hal - hazırda "Paşinyanın qulağını burmaq üçün" hər şeyə hazşr görünür...
63d9191bae41463d9191bae415167517212363d9191bae41163d9191bae412.jpg (129 KB)
Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında məhz bu məqamın qabardılması və üçtərəfli bəyannaməyə istinad edilməsi çox mühüm məqamlardan xəbər verir...
Əcaba, Azərbaycan Ermənistanın konstruktivlikdən uzaqlaşdığını, sülh müqaviləsi ilə bağlı qeyri - müəyyənliyin, oyunbazlığın davam etməsini, sərhədlərin delimitasiya - demarkasiyası prosesinə start verilməsi ilə bağlı bütün anlaşmaların sabotaj edildiyini, Qarabağdakı separatçıların isə artıq əndazəni aşdıqlarını görüb; eləcə də Rusiyanın cari maraqları ilə uzlaşmanı hesablayıb, qəti addımlara start verə bilərmi? Məhz indi, fevral ayında? Rusiya - Ukrayna müharibəsinin də təkrar qızışdığı bir məqamda...
Ötən ilin mart ayında başlayan 4 günlük Fərrux dağı əməliyyatını, daha sonra isə Ağdərə - Sərsəng su anbarı istiqamətində ordumuzun mövqelərini yaxşılaşdırması prosesini məhz Rusiya prezidenti V.Putinin israrlı xahişi və verdiyi sözlər dayandırmışdı. O sözlər də həyata keçmədi: Xocalı geri qaytarılmadı, Sərsəng Azərbaycanın daimi nəzarətinə təhvil verilmədi. Yəni Putin sözünü tuta bilmədi - ermənilər və Ermənistan onu "eşitmədi".
Belə bir məqamda, Azərbaycanın öz maraqlarından və legitim haqlarından çıxış edərək, eyni zamanda V.Putinin də Paşinyanın çarəsiz duruma düşməsinə xüsusi olaraq üzülməyəcəyini nəzərə alaraq, hər şeyi özünün, vasitəçilərsiz həll etməyə qalxması mümkün görünür.
O da mümkündür ki, ortada öncədən hazırlanmış hərbi - siyasi plan da vardır. Və bu plan hazırda aktivləşdirilmiş haldadır.
Onun diplomatiya müstəvisindən yerüstü hərəkət mərhələsinə keçməsinin də an məsələsi olduğunu iddia etmək mümkündür...
d6578bf802177d21573803247.jpg (384 KB)
İddia demişkən, bugünlərdə qəzetimizə yaxın mötəbər bir dostumuz bizə sual verdi: "Bizim Prezident Türkiyə üçün ilk andan etibarən hər şey etdi. Yəqin ki, bizim bilmədiyimiz məqamlar da vardır... Onun ardınca da millətimiz öz içindəki Türkiyə sevgisini ortaya qoydu. Amma mənim üçün maraqlıdır, Prezidentimiz zəlzələdən sonra Türkiyəyə niyə getmədi?
Cavabımız bu oldu: "Ali Baş Komandanın Bakıda (ölkədə) qalmasını vacib edən mühüm şərtlər, qlobal, ya da ümummili bir məsələ olmasaydı, o, qardaşı Ərdoğanla bərabər Kahramanmaraşda, zəlzələ bölgəsində olardı..."
Təbii ki, davamlı irtibat halında olduqları üçün bunu Ərdoğan da bilir...
Beləliklə, bizim Putin - Əliyev danışıqlarınıa dair yayılan mətndən və son 10 gündə müxtəlif qaynaqlardan aldığımız fraqmental xəbərlərdən əxz etdiklərimiz bunlardır...скачать dle 12.1