Arxiv

Oxunub:174 / 13 fev 06:51tedbirler

General Salmanov və polkovnik Zamanov təltif edilib



General Salmanov və polkovnik Zamanov təltif edilib














Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib.
AZTB.info-nun məlumatına görə, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları da vardır.
Onlardan general-mayor Salmanov Səxavət İbrahim oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, polkovnik-leytenant Zamanov Sultan Valeh oğlu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.