Bia.Az

“BAXMUTU GÖTÜRƏ BİLMİRİK...” – “Putinin aşpazı”ndan etiraf

Dünya
 15-02-2023, 11:51     149

“Vaqner” özəl hərbi birləşməsinin başçısı, “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojin etiraf edib ki, rusiyalı işğalçılar Baxmut şəhərini ələ keçirə bilmirlər. Bu şəhərin mühasirəsindən söhbət gedə bilməz, şəhər ətrafında ağır döyüşlər gedir.

“AzPolitika.info” Ukaynnın “Unian.net” saytına istinadla xəbər verir ki, Priqojin bu etirafı rusiyalı jurnalistlərlə söhbətində dilə gətirib.
“Baxmut sabah götürülməyəcək, ona görə ki, güclü müqavimət var və “ət maşını” fəaliyyətdədir”, - “Vaqner”in başçısı bildirib.

Priqojin məlumat verib ki, Ukrayna ordusu bütün istiqamətlərdə aktivliyini qoruyur, Baxmut ətrafına dayanmadan yeni qüvvələr cəlb edir. “Gündəlik 300-500 arası yeni döyüşçü yaxınlaşır Baxmuta. Artilleriya atəşi də hər gün güclənir. Bu günə şimalda ağır döyüşlər gedir. Şimal rayonlarında düşmənin mühasirəsinin heç bir əlaməti yoxdur. Hər ev, hər kvadratmetr uğrunda döyüş gedir. Bu mühasirə nağılları hardan götürülür, məlum deyil”.

Priqojin mühasirə söhbətlərini yayanları silah götürərək Baxmut uğrunda döyüşməyə səsləyib.

Qeyd edək ki, xeyli vaxtdır Rusiyalı işğalçılar Baxmut şəhərinə hücum edir. Bu qüvvələrin önündə isə “Vaqner” qruplaşmasının muzdluları gedirlər.

“Vaqner”in Baxmut ətrafında onminlərlə itki verdiyi bildirilir.скачать dle 12.1