Bia.Az

Suraxanı Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə növbəti yardım göstərib

Gündəm
 15-04-2020, 23:17     338

Suraxanı Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə növbəti yardım göstərib

Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, yaşlı, kimsəsiz insanlara daim diqqət və qayğı göstərilir. Bu qəbildən olan daha bir qrup aztəminatlı ailəyə baş çəkilib, onlara ərzaq yardımı göstərilib. Bu işin davamlı xarakter daşıması nəzərdə tutulub.
Rayonda, eyni zamanda mütəmadi dezinfeksiya işləri həyata keçirilir. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Çoxmənzilli yaşayış binalarının ətrafında, girişlərində, liftlərdə, pilləkan qəfəslərində, həyətlərdə, qeyri-yaşayış obyektlərində, parklarda və istirahət məkanlarında davamlı dezinfeksiya işləri aparılır.
Nazirlər kabineti yanında Operativ Qərgahın qəbul etdiyi xüsusi karantin rejiminin müddəalarına rayonda ciddi əməl olunur. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb.

AtaTv.az

Suraxanı Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə növbəti yardım göstərib
Suraxanı Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə növbəti yardım göstərib
Suraxanı Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə növbəti yardım göstərib
Suraxanı Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə növbəti yardım göstərib
Suraxanı Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə növbəti yardım göstərib
Suraxanı Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə növbəti yardım göstərib
скачать dle 12.1