Bia.Az

Yeltsinin naziri: Rusiya mütləq çökəcək

Dünya
 15-02-2023, 08:54     168

Rusiya iqtisadiyyatı Qərbin sanksiya təzyiqinə və Ukrayna ordusu ilə uzun sürən döyüşlərə tab gətirməyəcək və çökəcək.

Axar.az xəbər verir ki, bunu Boris Yeltsinin prezidentliyi dövründə Rusiyanın son maliyyə nazirlərindən olan Mixail Zadornov “Forbes”ə müsahibəsində deyib.

Zadornov qeyd edib ki, indi Rusiya ÜDM-in təxminən 4%-ni orduya ayırır, lakin Vaşinqtonun müdafiə sektoruna ayırdığı xərclərlə müqayisədə bu, ABŞ-ın hərbi büdcəsinin yalnız 1/10-i qədərdir:

“Ukraynaya silah tədarük etməyə başlayan ölkələrin resurslarını və münaqişə uzanarsa, onların yarada biləcəkləri resursların ümumi həcmini toplasaq, inanın ki, bunlar tamamilə müqayisəolunmazdır”.скачать dle 12.1