Bia.Az

Gəncədə ahıl vətəndaşlar və aztəminatlı ailələr şəhər rəhbərliyinin diqqətindədirlər

Gündəm
 15-04-2020, 17:26     352

Gəncədə ahıl vətəndaşlar və aztəminatlı ailələr şəhər rəhbərliyinin diqqətindədirlər
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Millət vəkilləri Pərvin Kərimzadə
və Müşfiq Cəfərovla birgə aztəminatlı ailələr və tənha ahıl şəxslərin evlərinə baş çəkib.
Xəbər verdiyimiz kimi, Gəncədə sözügedən şəxslərə yardım aksiyası həyata keçirilir. Gəncə
Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan aksiyada Niyazi Bayramov və Gəncədən
olan Millət vəkilləri də yaxından iştirak edirlər.
Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq
yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq başladılan yardım
aksiyası zamanı aztəminatlı ailələr də diqqətdən kənarda qalmırlar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin
Kərimzadə və Müşfiq Cəfərov tənha ahıl şəxslərin, habelə yaşayış gəlirləri aşağı olan
ailələrin evlərində olub, onların sosial problemləri ilə maraqlanıblar. Sözügedən şəxslərlə
profilaktik söhbət aparılıb, onlara ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına
əməl etməyin vacibliyi bir daha xatırladılıb. Həmçinin bildirilib ki, Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, həssas təbəqənin qorunması indiki şəraitdə ən vacib məsələdir. Sözsüz ki,
dövlətimiz tərəfindən bu istiqamətdə bütün zəruri addımlar atılır. Bu işdə yerli icra
orqanları, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyəti də var gücü ilə çalışır.
Aztəminatlı ailələr və tənha ahıl şəxslərə Gəncə Şəhər İcra Hakimiyyəti adından ərzaq
yardımı da edilib.
Qeyd edək ki, Gəncədə ehtiyac sahiblərinə ərzaq yardımı bir neçə müddətdir ki, davam
edir.

AtaTV.az

Gəncədə ahıl vətəndaşlar və aztəminatlı ailələr şəhər rəhbərliyinin diqqətindədirlər
Gəncədə ahıl vətəndaşlar və aztəminatlı ailələr şəhər rəhbərliyinin diqqətindədirlər
Gəncədə ahıl vətəndaşlar və aztəminatlı ailələr şəhər rəhbərliyinin diqqətindədirlər
Gəncədə ahıl vətəndaşlar və aztəminatlı ailələr şəhər rəhbərliyinin diqqətindədirlər
Gəncədə ahıl vətəndaşlar və aztəminatlı ailələr şəhər rəhbərliyinin diqqətindədirlər
скачать dle 12.1