Bia.Az

NATO-dan Ukrayna və Türkiyə AÇIQLAMASI: "Bu, hamımızı qorxutdu..."

Dünya
 14-02-2023, 17:00     145

Çinin casus şarından sonra ABŞ hava məkanına daxil olan 3 “naməlum uçan obyekt” (UFO) vurulub. ABŞ generalı yadplanetli ehtimalını da istisna etmir

Qlobal siyasətin yeni gündəmi son on gündə səmada aşkar edilən naməlum uçan obyektlərdir (UFO). Müzakirələr fevralın 1-də Pentaqonun Çinə aid olduğunu iddia etdiyi kəşfiyyat şarının ABŞ üzərində təxminən 18 km yüksəklikdə uçduğunu elan etdikdən sonra başlayıb. Pekin rəhbərliyi hava şarının meteoroloji məqsədli olduğunu və külək tərəfindən sürüklənərək səhvən ABŞ hava məkanına girdiyini bildirib. Fevralın 4-də ABŞ ordusu tərəfindən vurularaq yerə salınan şar iki ölkə arasında yeni gərginliyə səbəb olub, ABŞ dövlət katibi Antoni Blinken fevralın 5-6 tarixlərində Pekinə səfərini təxirə salıb.
Musavat.com xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi cümə günü ABŞ ordusunun Alyaska üzərində də naməlum obyekt vurduğunu açıqlayıb.
63eae9c04e3fe118b48aab32.jpg (28 KB)
O bildirib ki, ABŞ Hava Hücumundan Müdafiə Komandanlığının təyyarələri tərəfindən vurularaq təxminən 18 km yüksəklikdən ABŞ ərazi sularına salınan obyekt Cənubi Karolina sahillərinə atılan Çin hava şarından çox kiçik olub.
Üçüncü oxşar xəbər Alyaskadakı hadisədən cəmi bir gün sonra ABŞ-Kanada sərhədindən gəlib.
Kanadanın baş naziri Castin Trüdo ABŞ-la əməkdaşlıq edərək Yukon bölgəsində naməlum uçan obyekti vurduqları barədə məlumatı paylaşıb. Ağ Evdən verilən açıqlamada obyektin vurulmasının ABŞ prezidenti Co Bayden və Trüdo tərəfindən təsdiqləndiyi bildirilib.
63eaea264e3fe118b48aab36.jpg (100 KB)
Silindrşəkilli obyektin mənbəyinin hələlik məlum olmadığını deyən Kanadanın müdafiə naziri Anita Anand 12 km-dən çox yüksəklikdə uçan obyektin Kanada hava məkanına qanunsuz daxil olduğunu və mülki uçuşlara təhlükə yaratdığını bildirib.
Naməlum uçan obyektlər barədə ABŞ generalı Qlen VanHerkə sual ünvanlanıb.

Ondan vurulan obyektin Yer kürəsindən kənar mənşəli, yəni yadplanetlilərə məxsus olub-olmadığı barədə soruşulub. ABŞ generalı bu ehtimalı da istisna etmədiklərini və araşdırıldığını bildirib./Musavat.com/скачать dle 12.1