Arxiv

Oxunub:449 / 12 fev 05:36sosial, gundem

354 nömrəli Yol Polisi Xidməti avtomobili ilə xidmətdə olan kiçik serjant Zöhrab Camalovun özbaşınalıqları barədə

354 nömrəli Yol Polisi Xidməti avtomobili ilə xidmətdə olan kiçik serjant Zöhrab Camalovun özbaşınalıqları barədə

Hörmətli cənab nazir!

Azteletv.az bildirir ki, Sizin adınıza xələl gətirə biləcək əməllərin maksimum dərəcədə azaldılması üçün atdığınız addımlar hamımız tərəfindən rəğbətlə qarşılanır. Lakin polis işçisi adına xələl gətirən əməkdaşlarla aparılan profilaktiki tədbirlər hələ də düşünülən, umulan effekti verməməkdədir.
Bunun ən acı reallığı, 20 yanvar dairəsindən 3-cü mikrorayon istiqamətinə olan çıxışdakı avtomobillərin durmasını qadağan edən nişana məhəl qoymadan, hətta avtobus dayanacağını da zəbt edən, marşrut gözləyən vətəndaşları el arasında "Velotrek" adlanan bazara tərəf sıxışdıran taksi sürücülərinin özbaşınalığıdır. Bir az da dərin araşdırılsa, həmin taksi sürücülərini muzd qarşısında himayə edən 354 nömrəli Yol Polisi Xidməti avtomobili ilə xidmət göstərən yol polisi işçiləridir. Həmin avtomobildə xidməti vəzifəsini icra etməli olan kiçik serjant Zöhrab Camalov və mayor Vüsal adlı şəxsin özbaşınalıqları isə əndazəni aşmaqdadır. Apardığımız müxbir müşahidələri göstərir ki, vətəndaşları onlara aid dayanacaqdan "küncə"sıxışdıraraq, "durmaq qadağandır"nişanını taksi sürücüləri üçün "qadağan deyil" halına gətirən də məhz Zöhrab Camalov və və mayor Vüsal adlı şəxs. 11 fevral 2018-ci il tarixdə, təxminən saat 11 radələrində onun dairəvi hərəkəti başa çatdırmaqda olan sürücü ilə kobud rəftarının da şahidi olduq. Zöhrab Camalovun, hətta yol hərəkəti qaydalarını pozmuş olduğu müəyyən olunmuş sürücü ilə bu cür "səsini başına atıb "təhqirlərlə danışması diqqətimizi cəlb etdiyindən sürücünü dəvət edərək sorğulandırmalı olduq. "Mersedes" markalı minik avtomobilinin sürücüsü Tahir Məmmədxanlı bildirdi ki, onun yol hərəkəti qaydalarını pozması ilə bağlı protokolu Zöhrab Camalov tərtib etmiş, lakin Zöhrabın imza etməli olduğu yerə onun əvəzinə başqa polis əməkdaşı yəni mayor Vüsal müəllim imza etmişdir. Həmçinin, bildirdi ki, Zöhrab onun şəxsiyyətini təhqir etmişdir. Tahir Məmmədxanlı qeyd etdi ki, "Velotrek" adlanan yerdən tez-tez keçir və daim orda baş verən taksi biyabırçılıqıarının şahidi olur. Zöhrab onlara elə şərait yaratmışdır ki, dairəvi hərəkət zolağının birbaşa kənarında da dayanmağa cürət edirlər. Dayanacaqda marşrut gözləyən camaat dillənəndə isə onları acılayırlar.
Cənab Nazir! Mənim qeyd etdiyim faktların dəqiq olduğunu aşkarlamaq üçün yerində qəfləti təhqiqat aparmağa göstəriş versəniz, hələ az yazdığımın şahidi olacaqsınız. Şahid olacaqsınız ki, Zöhrabın komandası 20 yanvar dairəsində necə "taksi mafiyası" formalaşdırıb. Onların qışqırığından ətrafdan keçən insanların qulağı tutulur. Şəhər tərəfdən Tbilisi prospekti ilə 20 yanvar dairəsinə tərəf axışan maşınlar, məhz bu muzdlu himayədarlıq nəticəsində onlara aid olan,onsuz da dar yolun yarısından məhrum olublar.
Çox xahiş edirəm, möhtərəm Ramil müəllim, ciddi ölçü götürəsiniz. Bu, təkcə sizin adınıza deyil, ölkənin də sivil imicinə mənfi təsir edir. Axı, həmin yoldan xarici ölkə vətəndaşları da keçirlər!

Hörmətlə :Babək Soltanov