Bia.Az

“İran Azərbaycana qarşı bugün də ikiüzlü, riyakar məkrli siyasətin davam etdirir” – Politoloq

Siyasət
 14-02-2023, 12:27     221

“İranın Azərbaycana qarşı mövqeyi hec vaxt dəyişməyib. Hər zaman ikiüzlü, riyakar siyasət yürüdən İslam Respublikası bugün də məkrli siyasətinə davam edir”. 

BİA.az xəbər verir ki, bunu Faktmedia.az-a politoloq Züriyyə Qarayeva deyib. Politoloq bildirib ki, Türkiyədə zəlzələ baş verdiyi bir vaxtda “qardaşı” Ermənistanla fürsətdən istifadə edərək yeni təxribatlar planı hazırlayan bu ölkə istər gizli, istər aşkar hədə-qorxulara davam edir:
“Hədələrdə məqsəd sadəcə güc göstərişidi. İran nə Azərbaycana, nə də Türkiyəyə qarşı praktiki hər hansı addım atacaq gücdə deyil. Belə bir gücü olsaydı, Tehran rejimi “sionist axtarışına” Qarabağda yox, elə İsraildə çıxardı. Bugün molla rejimi xısın-xısın planlarının icrasına çalışır”.

Politoloq əlavə edib ki, bu planların icrasında əsas imdadına yetən isə İrəvandı:

“Son dövrlər Fransa da siyahıya əlavə olunub. Fransa hərbçilərinin bölgədə yerləşdirilməsinə dəstək sözü verməklə yəqin ki, İran özünə qarşı formalaşan koalisiyada tərəfdaş qazanmağa çalışır. Bütün bu planlar Bakı tərəfindən darmadağın edilir. Uğurlu starteji addımlar atılmaqla İranın planları fiaskoya uğrayır. Bu gün Tehranı bizə qarşı daha da qıcıqlandıran faktor məhz budur”.скачать dle 12.1