Arxiv

Oxunub:69 / 11 fev 08:02Texnologiya

Xəzər dənizində "süd axını" baş verib — FOTO



Xəzər dənizində "süd axını" baş verib — FOTO














Amerika aerokosmik agentliyi NASA rəsmi Instagram səhifəsində Xəzərdə anomal hal sayılan "süd axını"nın fotoşəklini dərc edib.
AZTB.info "Ria”ya istinadən xəbər verir ki, görüntü yanvarın 9-da "Terra" kosmik aparatında MODIS spektroradiometrilə çəkilib.

NASA-nın məlumatında qeyd olunur ki, külək suyu səthdən qarışdırır və dənizin dibindəki çöküntüləri üzə qaldırır. Bu da dənizin sahilində süd çalarları yaradır. Alimlər bu təbiət hadisəni araşdırmağa çalışır, çünki bu, balıqçılığa mənfi təsir göstərə bilər.

NASA peyk şəkillərinin Xəzərdə monitorinq üçün əsas vasitə olduğunu açıqlayıb.