Bia.Az

Bakıdakı İran agentinin Ankaradakı ortağı kimdir?

Siyasət
 14-02-2023, 11:13     219

Xəbər verdiyimiz kimi, Azərbaycan dövləti İran xüsusi xidmət orqanlarının ölkəmizdəki uzantılarına qarşı mübarizəni gücləndirib və bu məqamda Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri vəzifəsinə yiyələnməyi bacaran Sayman Aruzun da personası gündəmə gəlib.

Sayman Aruzun Azərbaycanda casus əməliyyatlarını Türkiyədə yerləşən Həsən Kərimzadə adlı şəxslə birgə gerçəkləşdirdiyi haqda da məlumat vermişdik. Həsən Kərimzadə 2020-ci il 20 iyul tarixində, Axar.az saytının Güney versiyasında dərc olunan farsca məqalədəki “təxribatçı cümləni” 2 dəqiqə ərzində “tapan”, 4 səhifəlik mətni “tərcümə edən” və bunu sosial şəbəkədə paylaşıb, kampaniya aparan şəxsdir. İki dəqiqəyə “sığdırılan” bu prosesin əvvəlcədən qurulmuş əməliyyat olduğuna kimsə şübhə edə bilməz. Ki onun bu “operativliyini” də “təsadüfən” Sayman Aruz görmüş və “dövlətin rəsmi saytı” həyasızlığı ilə hücuma keçmişdi.
2 fevral tarixində Sayman Aruzu ifşa edən məqaləmizə də dərhal Həsən Kərimzadə reaksiya vermişdi və guya özünə bəraət qazanmağa çalışmışdı. Bəllidir ki, Sayman Aruzun deşifrə olunmasından doğan təlaşın çırpıntıları idi.
Həsən Kərimzadənin kimliyi ilə bağlı isə redaksiyamızla əlaqə saxlayan güneylilər məlumat veriblər.
Hazırda Ankarada yaşayan güneyli milli fəal M.B. (qeyd edək ki, güneyli fəallar açıq şəkildə İran casuslarının ifşasını istəmirlər. Çünki bu halda casusların təhriki ilə İran xüsusi xidmət orqanları onların İranda yaşayan ailələrinə təzyiq edirlər. Buna baxmayaraq, şərti olaraq M.B. adlandırdığımız mühacir də Azərbaycan dövlətinin rəsmi qurumlarının araşdırma aparacağı təqdirdə şəxsən şahidlik etməyə hazır olduğunu bildirir – red.) Sayman Aruzun bütün əməliyyatlarında yoldaşlıq etdiyi Həsən Kərimzadə haqda şok faktlar açıqlayıb.
O bildirib ki, Həsən Kərimzadə ilə ilk dəfə Əskişəhərdə, güneylilərin toplandığı bir məkanda tanış olublar:
“Həsən Kərimzadə özünü təqdim edəndən sonra bizi şoka saldı, dedi ki, mən ETTELAAT-la əməkdaşlıq edirdim. Səbəbini isə belə izah etdi ki, narkotikə qurşanmışdım, bu səbəbdən məni həbs etmişdilər. Həbsdə bütün bədənim ağrıyırdı, əzab çəkirdim, dözə bilmirdim. Dedim, nə istəyirsiniz, soruşun, cavab verim. ETTELAAT nümayəndələri də dedilər ki, beş nəfər milli fəalın gizli fəaliyyətini ifşa etsən, səni azad edərik. Müəllim idim, işimi itirə bilərdim, ağrılara da dözə bilmirdim, ona görə kamera qarşısında nəinki 5 nəfər, 20 milli fəalın adını çəkib, onları ələ verdim. Bu xidmətimə görə məni azad etdilər”.
M.B.-nin sözlərinə görə, Həsən Kərimzadə İrandan çıxdıqdan sonra daha bu işlərlə məşğul olmadığını deyib:
“Ancaq növbəti görüşlərimizin birində səsimizi yazmasından şübhələndim. Üstünü axtardıq və bəlli oldu ki, doğrudan da söhbətimizi yazır. Onu sıxışdırıb, səbəbini soruşduq, dedi ki, buna görə ona 1400 dollar pul veriblər. Bu qalmaqalın da şahidləri var”.
Milli fəalın sözlərinə görə, bundan sonra Həsən Kərimzadəni dərindən araşdırmaq qərarına gəliblər:
“Aydınlaşdırdıq ki, bu, “Bəsic” qüvvələrində xidmət edib, onun hakimiyyətə bağlı olduğu haqda sənədi də ələ keçirdik və hazırda mənim arxivimdədir”.
M.B Həsən Kərimzadənin Türkiyədə fəaliyyətinə Əhməd Obalının təsadüfən imkanlar yaratdığını deyib:
“Həsən Kərimzadə əvvəlcə Azərbaycana gedib, Günaz TV ilə əməkdaşlıq edib, daha sonra isə Türkiyəyə yerləşib. Qısa müddətdən sonra bəlli oldu ki, Əhməd Obalının da səsini yazıb, bəlli yerlərə ötürürmüş. Əhməd Obalı bu xəyanətini bilən kimi onu işdən qovdu və əlaqəsini kəsdi”.
Onun sözlərinə görə, Həsən Kərimzadə müstəqillik, milli fəaliyyətlə bağlı fəaliyyəti lağa qoyan, buna qarşı çıxan adamdır:
“Namusu olmayan, ailə məsələləri haqda çox eybəcər formada sosial şəbəkələrdə danışan-foto paylaşan adamdır. Bunlar iki qardaş Ərdəbildə çox adamı dolandırıblar. Kasıblardan pul toplayan Kərimzadə qardaşları onlara bina tikib verəcəklərini vəd ediblər. Pulları Həsən Kərimzadənin bank hesabına göndəriblər. Pulları yığandan sonra “milli fəal” adı ilə Bakıya qaçıb, özünü “siyasi mühacir” kimi təqdim edib. Bir dəfə Həsən Kərimzadə Günaz TV-də canlı yayımda ikən biri Ərdəbildən zəng edib, onu pullarını ələ keçirməsi ilə bağlı ittiham etdi. Həsən isə bunu inkar etmədi. Bildirdi ki, bu, qardaşının səhvi olub. Sonra hər iki qardaşın rahat şəkildə İrana gedib-qayıtdığını öyrəndik”.//Axar.az//скачать dle 12.1