Bia.Az

Priqojinin təyyarəsi vuruldu

Dünya
 14-02-2023, 11:05     132

Ukrayna hərbçiləri Baxmut üzərində “Vaqner” özəl hərbi şirkətinə məxsus Su-24 təyyarəsini vurub. Məhz bu təyyarə Yevgeni Priqojinin Ukrayna Prezidenti Vladimir Zelenskini hava duelinə çağırdığı təbliğat videosunun çəkilişi zamanı istifadə edilib.

Axar.az xəbər verir ki, məlumat Priqojinin mətbuat xidməti tərəfindən təsdiqlənib.

“Bəli, həqiqətən də həmin təyyarə düşmənin hava hücumundan müdafiə sistemlərinin hücumuna məruz qalıb. Pilot möcüzə sayəsində yanan təyyarəni yerə endirə bilib. Hazırda təyyarə təmirdədir”, - məlumatda qeyd olunub.скачать dle 12.1