Bia.Az

Molla rejiminin iç üzünü açan zəlzələ - Tehran Azərbaycanın yardımından niyə imtina edib?

Siyasət
 13-02-2023, 18:10     234

“İranda Azərbaycana qarşı həmişə bir narahatlıq mövcud olub. Onlar düşünürdülər ki, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra Azərbaycan üçün prioritet istiqamətlərdən biri Cənubi Azərbaycan problemi olacaq. Bu, doğrudan da, elə oldu. Amma təbii ki, İranın öz günahı ucbatından”.

BİA.AZ bildirir ki, bu sözləri Publika.az-a siyasi şərhçi Elşən Məcidov deyib.

“İranın həyata keçirdiyi ermənipərəst siyasəti ona gətirib çıxardı ki, Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı Sammitində türk xalqlarının dil məsələsini qabartamağa məcbur oldu. Bu isə İranı ciddi şəkildə narahat etdi. Odur ki, İran Xoyda zəlzələ baş verdikdən sonra Azərbaycan və Türkiyənin dəstəyindən imtina etdi. Çünki göstərəcəyimiz köməkliyin Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsilə nəticələnəcəyindən, soydaşlarımızla siyasi, iqtisadi və digər əlaqələrin güclənəcəyindən qorxurlar”, - deyə Elşən Məcidov vurğulayıb.

E.Məcidov İran prezidenti və parlament sədrinin Xoyda etirazla qarşılanması məsələsinə də toxunub:

“Prezident və spiker zəlzələ bölgəsinə gec getməklə onu göstərməyə çalışırlar ki, İranda cənubi azərbaycanlılar birinci dərəcəli və yaxud da farslara bərabər deyil. Elə indiyədək zəlzələdən zərərçəkənlər üçün hansısa normal bir sosial paketin hazırlanmaması da onların ölkə vətəndaşları arasında ayrı-seçkilik saldığını açıq-aşkar şəkildə nümayiş etdirir. Odur ki, Xoydakı zəlzələnin İranın ölkə daxilindəki etnik azərbaycanlılara qarşı anti-türk siyasətini bir daha ifşa etmiş olduğunu düşünürəm”.
скачать dle 12.1