Bia.Az

DİN bu adamlara MÜKAFAT VERƏCƏK... - Diqqət!

Cəmiyyət
 13-02-2023, 17:57     206

Daxili İşlər Nazirliyi anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə
müsabiqə elan edir.

Müsabiqələrin mövzuları və keçirilmə qaydaları:
1. Narkotik vasitələrin qanunsuz dövriyyəsində polis əməkdaşlarının qətiyyətli
mübarizəsi;
2. Narkotik vasitələr və psixotrop maddələr insan sağlamlığını və psixologiyasını
məhv edir;
3. Narkotik vasitələr və psixotrop maddələr stresi azaltmır, problemləri həll etmir;
4. Narkotik vasitələr və psixotrop maddələr istifadəçilərin həyatını məhv edir;
5. Narkotik vasitələr və psixotrop maddələr ailələrin dağılmasına, sonsuzluğa və
digər ağır fəsadlara səbəb olur.
6. Narkotik vasitələrin və psixotrop maddələrin insan üçün heç bir faydası yoxdur;
7. Narkomanlıq bir şəxsin yox, bir ailənin faciəsidir.

Müsabiqə “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı videoreportaj” və “Ən
yaxşı mahnı (klip)” nominasiyaları üzrə keçirilir.
Təqdim olunan film, reportaj və mahnıya qoyulan tələblər:
1. Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.
2. Təqdim olunan materiallar müəyyən edilmiş mövzuları tam əhatə etməlidir.
3. Daha əvvəllər hazırlanmış və yayılmış materiallar olmamalıdır.
3. Müsabiqə üçün hazırlanmış materiallar Daxili İşlər Nazirliyinin Mətbuat
Xidmətində yaradılmış  Xüsusi Komissiyaya təqdim olunmalıdır.
Materialların qəbul qaydaları:

- Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı, çalışdığı
televizya və ya saytda yayımlanmalı;
- Daxili İşlər Nazirliyinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial
şəbəkələrdəki səhifələri “tag” edilməli və müəllif tərəfindən izlənilməli;
- #narkotikəyoxdeyək #narkotikləmübarizədəpolisədəstəkolaq #narkotikmüsabiqə
həştəqləri ilə birlikdə paylaşılmalı;
- Hazırlanan materiallar və paylaşılan səhifələrə keçid linkləri, o cümlədən anket
məlumatı və əlaqə nömrəsi [email protected] elektron poçtuna
göndərilməli.

Müsabiqəyə təqdim olunmuş materialların mükafatlandırılması

Hər istiqamət üzrə 3 qalib müəyyən edilir:
I yer - 1000 AZN
II yer - 500 AZN
III yer - 300 AZN

Qeyd edək ki, paylaşılan materiallara baxış sayı qalibin müəyyən edilməsində
rol oynayacaq.

Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 7
Əlaqə telefonları: (012) 590 98 44, (012) 590 99 07
Elektron ünvan: [email protected]
скачать dle 12.1