Arxiv

Oxunub:107 / 08 fev 08:06siyaset

"İşdən qovulmuş nazirlər Azərbaycanı qarışdırmaq istəyirlər" - ŞOK İDDİA



"İşdən qovulmuş nazirlər Azərbaycanı qarışdırmaq istəyirlər" - ŞOK İDDİA















Son zamanlar Bakıda partlayışlar intensivləşib. Bu hansısa dövlətlərin və ya qüvvələrin məkirli planı ola bilərmi? Ola bilərsə, konkret olaraq bunlar kimlərdir?

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bu cür partlayışların keçmiş nazirlərin üryincə olduğunu və bu adamları nəzarətdə saxlamağın vacib olduğunu bildirib.

“İndi hər şey gözləmək olar. Azərbaycanda və dünyada gedən proseslərin hamısı onu göstərir ki, hal-hazırda təxribatların sayı çoxalıb və çoxalacaq da. Çünki bu il seçki ilidir və Azərbaycana müəyyən Avropa dövlətlərinin, beyin mərkəzlərinin və bizi istəməyən dövlətlərin Azərbaycana təzyiqi güclənəcək. Bunu bilmək lazımdır. Ona görə də həmin qüvvələr Azərbaycanda etimadsızlıq yaratmaqdan ötrü partlayışlar da, terror da törədə bilərlər. Bunun üçün bizim hüquq-mühafizə orqanları çox ciddi şəkildə ayıq hərəkət etməlidirlər. Burda vəzifədən uzaqlaşdırılmış keçmiş nazirlər Ziya Məmmədovun, Fazil Məmmədovun və Eldar Mahmudovun böyük maraqları var. Onlar istəyirlər ki, ölkədə vəziyyət qarışsın və onlar öz maraqlarına çatsınlar”.