Bia.Az

Dağıntılar altında ölən qızının əlini heç buraxmadı - Həmin ata İLK DƏFƏ danışdı... - FOTOLAR

Cəmiyyət
 10-02-2023, 17:18     182

Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altında qalan 15 yaşlı qızının əlini buraxmayan, bu hərəkəti ilə bütün dünyanı kədərləndirən ata - 49 yaşlı Mesut Hançer hadisədən sonra ilk dəfə açıqlama verib. 

Musavat.com xəbər verir ki, Almaniyanın “Bild” qəzetinə danışan Mesut Hançer zəlzələ baş verən zaman işdə olduğunu bildirib.
O, yer silkələnən kimi əvvəlcə ailəsinə zəng vurub, həyat yoldaşının, iki qızının və oğlunun yaxşı olduğunu öyrənib:
"Kiçik qızım İrmak həmin gecə nənəsigildə qalmışdı. O gecə İrmakın əmisi uşaqları gəlmişdi və o, onlarla qalmaq üçün nənəsinin yanına getdi".
Hançer anasının yaşadığı binanın olduğu əraziyə qaçıb.
O, qızını xilas etmək üçün çox çalışdığını, lakin buna nail ola bilmədiyini deyib: "Şahzadəmi xilas etmək üçün yalın əllərimlə torpağı qazmağa çalışdım, çıxara bilmədim. Çox dua etdim, təəssüf ki, olmadı”.
Qeyd edək ki, 49 yaşlı Mesut Hançer Kahramanmaraşda dağıntılar altında ölən 15 yaşlı qızı İrmakın əlindən tutarkən görüntülənib.
 
 






скачать dle 12.1