Bia.Az

Ərdoğan zəlzələdə həlak olanları ŞƏHİD ELAN ETDİ: ''Onların məqamı şəhadətdir" - VİDEO

Gündəm
 10-02-2023, 17:13     245

"Zəlzələ zamanı həyatını itirənlər şəhiddir".

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri hazırda zəlzələdən ən çox zərər çəkən 10 əyalətdən biri olan Adıyamanda çıxışı zamanı deyib.

O bildirib ki, İslam inancına görə, təbii fəlakətlər nəticəsində həlak olanların məqamı şəhadət, şəhidlik hesab olunur.

Çıxışı zamanı üstüörtülü şəkildə müxalifəti hədəf alan Ərdoğan xalqı bu hadisədən sui-istifadə edənlərə inanmağa çağırıb: "Bu işdən sui-istifadə edən heç bir vətəndaşa, heç bir quruma və ya siyasi partiyaya inanmayın. Birlik və həmrəyliyin lazım olduğu bir zamanda bundan sui-istifadə edənlərə haqq verməyin. Bu millət alicənabdır, bu soysuzlara zamanı gələndə cavab verəcək".
 
скачать dle 12.1