Bia.Az

Bir gün insanlar ayılacaq ki... hürə bilməyən itlər, miyoldamağa ərinən pişiklər...

KÖŞƏ YAZARLARI
 10-02-2023, 01:01     296

Yalçın İSLAMZADƏ

Fəlakətin miqyasının böyük olmasında acgözlüyün, məsuliyyətsizliyin, alim sözünə etibar etməməyin, imar affının, 99 zəlzələsində açılan məhkəmə işlərinin əksəriyyətinin səssizcə bağlanmasının, gecəqondulaşmanın rolu aydın olduqca, bu böyüklükdə fəlakətin təkcə kader olmadığı anlaşıldıqda, trollara tapşırıq gəlib. "HAARP, gemi, işık hüzmesi, deprem silahı" nəqaratlarını tutuquşu kimi təkrarlayırlar, ələkçinin assistentləri klişe şərhlərlə dəstək olurlar - "O gemi yine ordaymış"...

Orta məktəb fizikasının ən sadə və mühüm təlim nəticəsi enerjinin saxlanılması qanunudur. İndiyə qədərki ən böyük bombalardan biri 50 Megaton ekvivalentdir, təkcə Sen Helen vulkanında 500 Megaton ekvivalent enerji sərbəst qalmışdı. O gəmidən zəlzələdə açığa çıxan enerji miqdarı hardandır?..

Hələ bizim bir "alim" var, deyir: "Zəlzələ silahını mən kəşf etmişəm (malades, xeyirli iş görmüsən-Y.İ.). Amerika Yaponiyada zəlzələləri mənim silahımla törədir"... Amerika Yaponiyada niyə zəlzələ törətsin, xeyri nədir?.. Komploları da tez milliləşdirmişik.

Siyasətçilərə "kader", "dış güçler", "algı yönetimi", "ezan susmaz", "bayrak inmez" kimi ifadələri qadağan etmək lazımdır. Nəyi problem kimi görürsən, necə həll edəcəksən? - əsas sual belə olmalıdır.

Maraqlıdır ki, əxlaq da müdriklik də Şərqdədir, ancaq qaçılmaz qəzaların, fəlakətlərin insan acgözlüyü nəticəsində dəfələrlə ziyanlı olması da Şərqdədir. Bir bina sağlam dayanıb, sağındakı, solundakı binalar çöküb. İnşaat sektoru da əsasən millətçi olduğunu iddia edənlərin əlindədir.
Bir fəlakətdən dərs almayanda, heç olmasa, ikincisindən almaq lazımdır, yoxsa, vərdiş olur.

Nə həyat sınaqdır, nə təbiət şəfqətli anadır, nə də zəlzələ "dış güçlər"in işidir. Bütün günü "Günlerden bir gün bir derviş bir şeyhe sorar....." tərzi kıssalarla da dünyanı anlamaq olmaz.

Alimlərin gücü ona çatır ki, belə anlarda "biz demişdik" desinlər, - pandemiyada da belə olmuşdu, qlobal istiləşmədə də belə olacaq. Bir gün insanlar ayılacaq ki, hamam kimi buxarlı bir dünyada hürə bilməyən bir ev dolusu itlə, miyoldamağa ərinən bir ev dolusu pişiklə başbaşa qalıblar, başqa bütün canlıların nəsli kəsilib.скачать dle 12.1