Bia.Az

Yolun əks istiqamətində hərəkət edən “KamAZ” sürücüsü həbs edildi

Hadisə
 15-04-2020, 15:35     360

Yolun əks istiqamətində hərəkət edən “KamAZ” sürücüsü həbs edildi

Aprelin 13-də Qaradağ rayonu ərazisində Qobustan rayon sakini Q.Bayramov idarə etdiyi “KamAZ” markalı avtomobillə yol hərəkəti qaydasını pozduğuna görə (yolun əks istiqamətində hərəkət etdiyinə görə) həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən verilmiş “saxla” əmrinə tabe olmayıb hərəkətini davam etdirib.

Bu barədə "bia.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, lakin o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qaradağ Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması), 327 (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması), 511 (avtoxuliqanlıq) və 34-cü (bir neçə inzibati xəta törədildikdə, inzibati tənbeh tətbiq etmə) maddələri ilə sürücü Q.Bayramov nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati həbs edilib.скачать dle 12.1