Bia.Az

Xalq İranda sistem dəyişikliyini tələb edir – Sütudə

Dünya
 9-02-2023, 11:07     158

Repressiyalara baxmayaraq, İran əhalisi hələ də referendum keçirilməsini və ölkənin idarəetmə sisteminin dəyişdirilməsini istəyir.

Axar.az xəbər verir ki, bunu tanınmış hüquq müdafiəçisi Nəsrin Sütudə CNN telekanalına müsahibəsində deyib.

“Qadınların hüquqlarını müdafiə etməli olan polis etiraz edən qadınları vəhşicəsinə döydü və bu məsələ cəmiyyətin ictimai vicdanını çox incitdi. Ölkə əhalisinin yarısını təşkil edən qadınlar İranda həmişə cinsiyyətinə görə təhdidlərə məruz qalıb", - hüquq müdafiəçisi bildirib.

Nəsrin Sütudənin sözlərinə görə, insanlar ilk olaraq qadınların azadlığı üçün küçələrə çıxıb, lakin onların tələblərinə məhəl qoyulmadığına görə hökumətin dəyişməsi tələbini irəli sürüblər:


“Bir çox etirazçı edam təhlükəsi ilə üz-üzədir, lakin onların qəzəbi səngiməyib. Repressiyalara baxmayaraq, İran xalqı hələ də sistemin dəyişdirilməsini və referendumun keçirilməsini istəyir və bunda israrlıdır”.скачать dle 12.1