Bia.Az

Rusiyadan Ermənistana Qarabağ cavabı: “Ehtiyac yoxdur”

Dünya
 8-02-2023, 12:43     151

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasında sabitliyin qorunmasının yeganə təminatçısı olaraq qalır. Ona BMT mandatı verməyə ehtiyac yoxdur.

Musavat.com bildirir ki, bunu RİA Novosti-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Petr İliçev deyib. İliçev bunu onunla izah edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında Rusiya sülhməramlılarının fəaliyyət üsulları artıq müəyyən edilib. “Bu məsələdə mübahisənin iştirakçıları arasında konsensus var”, - İliçev qeyd edib. Ekspert bu faktı açar adlandırıb. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının fəaliyyəti həm Ermənistan, həm də Azərbaycan tərəfindən dəstəklənir. “Ərazinin yekun statusunun qeyri-müəyyənliyi kontekstində bu, əsas əhəmiyyət kəsb edir”, - diplomat əminliklə əlavə edib.

Erməni mediası bu mövzudan bəhs edərkən xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər Qarabağdakı Rusiya sülhməramlılarının mandatının müddəti bitdikdən sonra regiona beynəlxalq sülhməramlı kontingentin göndərilməsi zərurətini irəli sürüb və rəsmi Moskvaya Rusiya sülhməramlılarına bu mandatın verilməsi məsələsinə də baxmağa təşəbbüs göstərməyə çağırıb. Bundan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov beynəlxalq sülhməramlıların cəlb edilməsi üçün münaqişənin bütün tərəflərinin razılığının vacibliyini qeyd edib.скачать dle 12.1