Bia.Az

AXCP üzvü Əlizamin Salayev saxlanıldı

Hadisə
 7-02-2023, 14:13     257

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Əlizamin Salayev saxlanılıb.

Turantv.az  xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən Yeniavaz.com-a bildirilib ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

Yaralı xəstəxanaya yerləşdirilmiş, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev (Əlizamin Salayev – red.) saxlanılıb.

RPİ-də araşdırmalar aparılır.


скачать dle 12.1