Bia.Az

Türkiyədəki zəlzələ ABŞ gəmisindəki cihazla törədilib?

Siyasət
 7-02-2023, 13:26     254

“Zəlzələ ilə bağlı yenə konspiroloji nəzəriyələrin sayı artıb. Versiyalardan biri budur ki, Türkiyədəki zəlzələni fevralın 3-də İstanbulda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb. Guya həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya mövcuddur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, dünyada süni zəlzələ yaratmaq üçün enerji yoxdur:

“Zəlzələlər yerin yüz kilometrliklərlə dərin qatlarında baş verir. ABŞ dünyanın ən güclü dövləti sayılır, ancaq o belə süni zəlzələ, sunami yarada bilməz. Amerikanın belə bir gücü olsaydı, birinci Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanı çökdürərdi. “Zəlzələ Amerikanın işidir” ittihamlarını səsləndirməkdənsə, zəlzələyə dözümlü binaların tikintisi və digər binaların möhkəmləndirilməsi barədə düşünülməlidir.
Yaponiyada daha şiddətli zəlzələlər baş verir, ancaq binalar zədələnmir, çünki bu ölkədə zəlzələyə dözümlü texnologiyalardan istifadə olunur. Türkiyədə zəlzələnin baş verdiyi ərazidə Rusiya texnologiyası əsasında “Akkuyu” atom elektrik stansiyası inşa edilir. Əsas məsələ bu stansiyasının şiddətli zəlzələyə və sunamiyə dözümlülüyünü təmin etməkdir”.скачать dle 12.1