Bia.Az

Azərbaycanlı sabiq baş nazir 14 il sonra hərəkətə keçdi – FOTO

Siyasət
 6-02-2023, 16:38     174

İranda fundamental dəyişikliklər aparılmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu İranın milliyyətcə azərbaycanlı olan keçmiş baş naziri Mir Hüseyn Musəvi deyib.

“İran və iranlıların fundamental dəyişikliklərə ehtiyacı var və onlar buna hazırdırlar”, – o bildirib.

M.H.Musəvinin sözlərinə görə, İranda baş verən etirazlar qarşılıqlı əlaqəli olan böhranların nəticəsidir. O, İranın indiki hakimiyyət strukturunun dayanıqsız olduğunu söyləyib.


Qeyd edək ki, Mir Hüseyn Musəvi İranın ən nüfuzlu siyasətçilərindəndir. O, islam inqilabı dövründə Xomeyninin yaxın kadrlarından sayılırdı. Buna görə də 1981-1989-cu illərdə İranın baş naziri olub. Bununla belə Musəvi sonradan reformatorların sıralarına keçib. Məhz onun başçılığı altında 2009-cu ildə İranda Mahmud Əhmədinejata qarşı Yaşıl Hərəkat başlayıb. Məhz bu hərəkat rejimin silkələnməsində və dayaqlarının sarsılmasında böyük rol oynayıb. Bununla belə, bir müddət sonra Musəvi ev dustaqlığına məhkum edilib, hərəkat isə tam iflasa uğrayıb. Onun İrandakı etirazlar fonunda yenidən aktivləşdiyi bildirilir.
Mir Hüseyn Musəvi əslən azərbaycanlıdır. O, Güney Azərbaycanın Xamnə kəndindəndir.скачать dle 12.1