Arxiv

Oxunub:216 / 11 mar 14:57iqtisadiyyat

Çin elektrik təyyarələri istehsal etməyə hazırlaşır



Çin elektrik təyyarələri istehsal etməyə hazırlaşır

Çin yaxın gələcəkdə öz istehsalı olan elektrik mühərrikli yeni təyyarələrin davamlı istehsalına başlamağı hazırlaşır.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu günlərdə Çin ərazsində tam olaraq elektrik təyyarəsi prototipinin sınaqları başa çatıb. Sınaq uçuşları müxtəlif hava şəraitlərində, əsasən aşağı temperaturlu hava şəraitlərində keçirilib.

İki sərnişinin yerləşdiyi yeni PXİE təyyarəsi havada 60 dəqiqəyə qədər vaxt keçirə və 120 km/saat uça bilir. Elektrik mühərrikinin enerji ilə doldurulması isə 1,5 saatdan artıq çəkmir.

Hazırda Çində artıq 4 nüsxə belə təyyarə inşa edilib, 2016-cı ilin sonuna isə daha 20 belə təyyarənin yaradılması planlaşdırılır.

"China Daily"nin məlumatına görə, Çin istehsalı olan elektrik təyyarə yeni pilotların təlim keçməsi üçün istifadə oluna bilər. Bundan başqa, bu təyyarələrdən geniş baxış uçuşlarının və aeroşəkillərin çəkilməsi üçün də istifadə etmək olacaq.

RXİE təyyarəsi 2015-ci ildə Çinin Mülki Aviasiya İdarəsi tərəfindən sertifikatlaşdırılıb. Bu isə ona rəsmi olaraq uçuşlar etməyə və sərnişin daşımağa həyata keçirməyə icazə verir.