Bia.Az

Müstəqil medianın qənimi “Karqo Şamilin” qılıncına kəpənək qonur – Onun da DASTANI HƏBSLƏ BİTİR

Fakt
 2-02-2023, 12:57     198

Yaxın zamanda “Karqo Şəmil” Kürdəxanıda araba basacaq, yük daşıyacaq… 

Azərbaycanda müstəqil medianın yaranması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Buna kiminsə şübhəsi ola bilməz. Belə ki, müstəqillik dönəmində iki dəfə kommunist və cəbhə hakimiyyəti olub. Amma hər ikisində SENZURA və Mətbuat Nazirliyi olub. Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra  Mətbuat Nazirliyini ləğv elədi, daha sonra SENZURA-nı aradan qaldırdı.
Bəli, Mətbuat Nazirliyi hakimiyyət qurumudur, bunu ləğv etməklə Heydər Əliyev mətbuata azadlıq və müstəqillik verdi. Sonra SENZU-ranın aradan qaldırılması artıq müstəqil medianın inkişafına səbəb oldu. Biz Heydər Əliyevin müstəqil medianın maddi bazasının yaradılması, inkişafı üçün elədiklərini demirik.
Bütün bunlara qarşılıq olaraq da müstəqil media həmişə Heydər Əliyevi “Medianın dostu”  elan edib. 2003-cü ildən sonra isə  bu dostluğa cənab Prezident İlham Əliyev layiq görülüb.
Sözümüzün canı odur ki, müstəqil media həmişə Heydər Əliyev və İlham Əliyevin qayğısını hiss edib. Açıq deməliyik ki, bu dost münasibət həmişə PA-nın rəhbəri Ramiz Mehdiyevi və onun “pomoşniki” Əli Həsənovu  qıcıqlandırıb. Və onlar müstəqil medianı  bu və ya digər yolla cəzalandırmağa çalışıblar. Əlbəttə, Ramiz Mehdiyev, yaxud Əli Həsənov öz əli ilə deyil, öz “maşaları” vasitəsilə müstəqil median cəzalandırmağa, onları GÖZÜQIPIQ etməyə çalışıblar. Gördünüzmü, söhbət MAŞALARDAN gedir…

Belə MAŞA-lardan biri də “Karqo Şamil” kimi tanınan adam olub.

Bəli, keçmiş PA rəhbəri Ramiz Mehdiyevin maşası, nə bilim “qara kassası” kimi tanınan Şəmilin o qədər imtiyazları var idi ki…. İstədiyi media orqanını məhkəmələr vasitəsilə susdura, külli miqdarda  cərimələdə,  hətta həbsə atdıra bilirdi. Bəli, “Karqo Şəmil”  xeyli sayda müstəqil media rəhbərini şər-böhtanla həbsxanaya saldırıb. İndi növbə “Karqo Şəmil”in özünə çatıb.
Redaksiyamıza daxil olan məlumata görə, Şəmil çamadanlarını hazırlayır, özünə isti qarniturlar-alt paltar-tuman-köynək, darbalax-zad tədarük edir və Kürdəxanıya gedəcəyi günü gözləyir. Tanımayanlar üçün qısa məlumat xarakterli onu qeyd edək ki, keçmişdə Universitetlərdən birində santexnik olan Şəmil müəllim Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin sayəsində  öz texniki peşəsini dəyişərək “yükdaşıma” sahəsində  ixtisaslaşdı.

Məlumdur ki, texnik sıradan bir peşədir, yükdaşıma isə… Məsələn, bazarda araba basanlar. Bir sözlə, Şəmil müəllim  öz peşəsini ataraq araba basmağa başladı.
Bəli, uzun illər Ramiz Mehdiyevin hesabına “Karqo Şəmil”ə gözün üstə qaşın var deyən olmayıb, həmişə dövlət qurumlarının, gömrük  sisteminin qapıları onun üzünə  taybatay açıq olub. Çoxları elə bilir ki, “Karqo Şəmil” ancaq yükdaşıma ilə məşğul olur. Əslində “Karqo Şəmil”lə Ramiz Mehdiyev cütlüyünün biznes sahəsi çox genişdir.
Bakı şəhərində ən bahalı, ən hündür binaların tikintisi  bu cütlüyə aiddir. Böyük tikinti biznesinə malik Ramiz-Şəmil cütlüyünün ölkəyə gətirdiyi ən bahalı tikinti avadanlıqları bəyənnaməsiz olaraq gömrükdən keçib. Yükdaşıma şirkətləri – Çin, Türkiyə və diğər ölkələrdən keyfiyyətsiz məhsulları, tikinti avadanlıqlarını, üzlüklər, çardaq örtükləri və sairələri ölkəmizə gətirərək bina tikitintiləri ilə məşğul olublar.
Bu binaların gələcək taleyi necə olacaq, bunu Allah bilir. “Karqo Şəmil”in oğlunun adına olan şirkətləri  saymaqla bitirmək olmaz. “Karqo Şəmil”in oğlu Binəqədi  rayonunda hektarlarla torpağı zəbt edərək  şüşə və plasmas istehsalı zavodu tikib. “Karqo Şəmil”in ölkə xaricində də Ramiz Mehdiyevlə şərikli biznesi var. Bir məsələni də xüsusi olaraq qeyd edək. “Karqo Şəmil”in nəzarətində yüzlərlə saxta şirkətlər olub.
Deməli, “Karqo Şəmil” broker kimi işə götürdüyü  yüzlərlə şəxslərin adına saxta  şirkətlər yaradıb. Milyonlarla dəyəri olan mallar da bu şirkətlərin adına göndərilib. Sonradan izi itirmək üçün həmin şirkətlər  bağlanıb. Və bu gün həmin şirkətlərin vergiyə, dövlət büdcəsinə 100 minlərlə, milyonlarla borcu var. Və  bu borcu ödəyən yoxdur.
Əgər bu məsələ ciddi araşdırılsa,  “Karqo Şəmil”ə ən azı 20-30 il həbs  cəzası düşür. Bəli, “ Karqo Şəmil” yaxın zamanda Kürdəxanıya yük daşımağa, araba basmağa göndəriləcək. (Gundelik-baku.com)
Ardı var…скачать dle 12.1