Bia.Az

ABŞ-dan Rusiyanı qəzəbləndirən HƏMLƏ - Gələn ay...

Dünya
 2-02-2023, 11:20     151

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) elan etdiyi Ukraynaya 2,2 milyard dollarlıq yeni hərbi yardım paketinə uzaqmənzilli “Ordu Taktik Raket Sistemi” (ATACMS) raketlərinin də daxil edildiyi bildirilir. 

Musavat.com xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın xəbərdarlığına baxmayaraq, Pentaqonun iki yüksək rütbəli rəsmisinin Ukraynaya uzaqmənzilli taktiki raketlər çatdıracaqlarını bildirməsini və daşınmanın planlaşdırıldığını təsdiqləyib. 150 kilometr mənzilli ilk ATACMS raketlərinin önümüzdəki ay təhvil veriləcəyini bildirən Kuleba ilk partiyadan sonra eyni tipli 300 kilometr mənzilli raketlərin göndəriləcəyini bildirib.
"Beləliklə, ruslara qarşı cəbhədə hərbi balans böyük ölçüdə təmin olunacaq. Rusiya tərəfinin hücumları cəzasız qalmayacaq. Lazımi cavab veriləcək” - ukraynalı nazir deyib.
Moskva bu raketlərin Kiyevə verilməsini Rusiya ilə Qərb arasında “qırmızı xətt” elan etmişdi.
63daf5914e3fe00870e1b146.jpg (62 KB)
Ukraynaya təhvil veriləcəyi deyilən uzaqmənzilli ATACMS raketlərinin bu ölkədə mövcud olan HIMARS buraxılış qurğularından buraxıla bilməsi logistik daşınma baxımından da rahatlıq təmin edir. Hərbi ekspertlər bildirirlər ki, Qərb istehsalı olan tanklar və uzaqmənzilli raketlərlə təchiz edilmiş Ukrayna ordusu yazda əks hücuma keçə bilər. ABŞ-ın indiyədək Ukraynaya verdiyi HIMARS raketləri 70-80 kilometr uçuş məsafəsinə malikdir.
ABŞ-ın Ukraynaya uzaqmənzilli raketlər tədarük edəcəyi barədə açıqlamalardan sonra Ukrayna prezidenti Volodimir Zelenski də bəyanat verib:
“Ukraynanın hazırda ən mühüm vəzifəsi hücum edən Rusiyaya revanş fürsəti verməməkdir. Müharibənin ildönümündə əks-hücumlarla geri aldığımız torpaqlarımızı geri almaq üçün hərəkətə keçiblər. Biz ruslara göstərməliyik ki, meydanda cavab görüşü mümkün deyil".
Ukraynaya uzaqmənzilli taktiki raketlərin verilməsi Moskvanı da hərəkətə keçirib. Kremlin sözçüsü Dmitri Peskov yeni silahların Rusiyanı dayandıra bilməyəcəyini vurğulayıb.
“Yuxarıda qeyd olunan raketlərin Ukraynaya çatdırılması bizim üçün münaqişənin dərinləşməsi və müharibəni qızışdırmağa davam etmək deməkdir. Belə olan halda biz Rusiya olaraq yeni əlavə tədbirlər görəcəyik. Ukraynaya hansı silahların verilməsindən asılı olmayaraq, başladığımız xüsusi hərbi əməliyyatın müəyyən edilmiş hədəflərə çatana qədər davam edəcəyinə heç bir şübhə olmamalıdır”.скачать dle 12.1