Bia.Az

Azərbaycanda meyxanaçıları, muğam ifaçılarını ələ aldı və... - Tezliklə gizli kanalları ifşa olunacaq

Gündəm
 1-02-2023, 02:07     279

"İranın "yatmış hücrələr"inə qarşı əməliyyatların dairəsi genişləndirilir. Düşünürəm ki, bu, bir az ideoloji, bir az da informativdir. İranın vaxtaşırı təbliğatını aparan informasiya resurslarına qarşı əməliyyatın olması gözlənilən idi. Vətəndaşlardan çoxsaylı müraciətlər var idi".

Bu sözləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli deyib.

68414356_645616105947144_2115501096720924672_n.jpg (190 KB)
Politoloqun sözlərinə görə, ideoloji yanaşma ondan ibarətdir ki, biz həm də xalqımızın dindar kəsiminin şiəliyini istismardan azad edirik:
"Məncə, bu prizmadan da yanaşmaq lazımdır ki, Azərbaycanın şiəliyi, azərbaycanlıların dini hissi İran üçün heç bir halda istismar mənbəyi ola bilməz. Hesab edirəm ki, informasiya resursları ilə başlayan həbslər davamlı olacaq və ən əsası, digər sahələri də əhatə edəcək. Hamımız yaxşı bilirik ki, 30 il ərzində Ocaq Necat Azərbaycanda İranın dini agenturasının qurulması ilə bağlı işlər həyata keçirib.
b225d9a0-fe71-3844-8d6d-3cb76bc70cf3_850.jpg (89 KB)
Vətən müharibəsi həmin kəsimin ortaya çıxması üçün ciddi bir mərhələ oldu. Ocaq Necat 1996-cı ildən bu yana Xameneyinin Azərbaycandakı nümayəndəsi olaraq İran mədəniyyət mərkəzinin çətiri altında ölkəmizdə bir çox şəxsləri əhatə edən ciddi işlər həyata keçirib. Bunun tərkibində media, ictimai-siyasi xadimlər, meyxanaçılar, muğam ifaçıları, iş adamları var".
Əziz Əlibəyli vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İran hadisələrindən sonra terrorla bağlı xəbərdarlığından Azərbaycanda İran agenturasının real hücrələrinə qarşı əməliyyatın həyata keçiriləcəyini müəyyən etmək mümkün idi:
"2015-ci ildə baş verən Nardaran hadisələrində onların bir qismi zərərsizləşdirilmişdi.
nardaran.PNG (1.81 MB)
Bir qismi İslam mədəniyyəti mərkəzi fonunda İrandan tapşırıqlar alaraq onları Azərbaycanda icra etməyə çalışırdı. İlk növbədə bunlar aşkar olundu. Casus şəbəkəsinin DTX vasitəsilə müəyyən edilməsi prosesində "Xəzər Dəniz Gəmiçiliyi"ndə bir sıra gəmi kapitanlarının həbsi timsalında gördük ki, məsələ kifayət qədər ciddidir. Şübhə yoxdur ki, DTX ilə yanaşı, bu prosesin indiki formasını həyata keçirən DİN-in olması bəzi qənaətləri yürütməyə imkan verir. Məncə, ən təhlükəli hücrələr bilavasitə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat nəzarətindədir. Amma belə görünür ki, ictimai çəkisinə görə ifşa olunmuş mərkəzlər DİN tərəfindən həyata keçirilir.
ae5f0492-12dd-32ff-8ee6-e0525ba8a7d8_850.jpg (108 KB)
"SalamNews" informasiya agentliyi və "İnteraz" İran və Suriyada dini təhsil almış şəxslər tərəfindən idarə olunurdu. "İnteraz" azərbaycanlıların mədəni telekanalı kimi qeydiyyatdan keçmişdi. Amma sonra gördük ki, bilavasitə agenturanın təbliğatı ilə məşğul olmaq niyyəti güdür və onların informasiyaları xüsusilə şəhid verdiyimiz dönəmdə kifayət qədər genişləndi. Azərbaycan şəhidlərinin fotoları, görüntüləri üzərindən çox böyük təbliğat materialı qurdular. Məncə, gizli teleqram kanallarının aşkar olunmasına növbə çatacaq və bu il onlarla vidalaşmaq ili ola bilər".
скачать dle 12.1