Bia.Az

Naxçıvana avtobusların hərəkəti dayandırılıb? - Açıqlama

Bölgə
 31-01-2023, 19:10     1 078

Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.

BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

"Avtobus reysləri İran ərazisindən keçməklə həyata keçirilir və qrafikdə dəyişiklik edilməyib", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə son vaxtlar İranda baş verən hadisələr fonunda Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətinin dayandırılması barədə məlumatlar yayılıb.скачать dle 12.1