Bia.Az

Tehranda şəhid olan Orxan Əsgərovun nəşi ölkəyə axşam gətiriləcək

Cəmiyyət
 28-01-2023, 13:41     277

Dünən Tehrandakı Azərbaycan səfirliyinə xain silahlı hücum zamanı şəhid olan Orxan Əsgərovun nəşi bu gün ölkəmizə gətirləcək.

 Bu barədə Musavat.com-a şəhidin dostlarından biri xəbər verib.

Qeyd edək ki, Orxan Əsgərov səfirliyin mühafizə xidmətinin rəisi olub və qəfil məruz qaldığı xain hücum nəticəsində saniyələr içində güllə yaraları alaraq həyatını itirib.

Bu zaman səfirliyin başqa bir əməkdaşı terrorçunun üstünə atılaraq onu tərksilah edib.

Orxan Əsgərov Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilmiş hücumlar və digər insidentlər nəticəsində həyatını itirən ilk rəsmi şəxsdir.

 O, vaxtilə Azərbaycan Respublikasının Moskvadakı diplomatik missiyasında da çalışıb.скачать dle 12.1