Bia.Az

Ağdamın başçısından deputatın adı keçən müdhiş saxtakarlıq - VİDEO

Gündəm
 14-04-2020, 16:00     299

Ağdamın başçısından deputatın adı keçən müdhiş saxtakarlıq - VİDEOBu karantin günlərində nələr görmədik, nələr eşitmədik, nələrə şahid olmadıq. 190 manata görə “şikəst uşaq doğanlar” deyən xalq artisti, qapısını kəsdirib işıq pulu tələb edən məmur, yardım adı ilə yarım kilo düyü verənlər…
Reportyor.info xəbər verir ki, bu dəfə rüsvayçılıq Ağdam rayonunda baş verib. Adı açıqlanmayan bir gənc Ağdamda Rayon İcra Hakimiyyətinə yardım üçün müraciət edib.
İşsiz, çörəksiz, ac-susuz olan ağdamlı cavan dövlətdən kömək istəyib, karantin rejimi günlərində heç olmasa yardım payı ilə birtəhər keçinəcəyini fikirləşib.
Belə də olub, Ağdamın icra başçısı Vaqif Həsənovun tapşırığı ilə rayon hakimiyyəti tərəfindən müraciət edən gəncin ailəsinə yardım göndərilib. Bu məlumatı facebook-da Həbib Müntəzir yazıb.
Onun sözlərinə görə, sevincək olan ailə yardım payını alanda məyus olub. Onlar qutunu açıb görüblər ki, içindən məktub çıxıb.
Məlum olub ki, məktubda deputat Ağalar Vəliyev vətəndaşı Qurban bayramı münasibəti ilə təbrik edir. Demə, keçən ildən qalan ərzaq payı imiş, gizlədiblər, saxlayıblar, indi əhaliyə paylayırlar.
Təsəvvür edirsiniz, misli görünməmiş saxtakarlıqdır – koronavorusa görə tətbiq edilmiş karantin ucbatından işsiz qalan ailəyə deputat Ağalar Vəliyevin vətəndaşa göndərdiyi ötənilki Qurban sovqatını bu il çatdırırlar.
Yerli məmurların vətəndaşların belə çətin günündə də saxtakarlıq, fırıldaq etməsi, dövlətin vəsaitini mənimsəməsi biabırçılıqdır.
Prezident bir illik maaşını Koronavirusla Mübarizə Dəstək Fonduna bağışlayır, Ağdamın icra başçısı isə vətəndaşa köhnə, keçən ildən qalmış deputatın göndərdiyi payı çatdırır.
Qeyd edək ki, Ağdamın icra başçısının reputasiyası zədəlidir. Mediada iddialara görə Xəzər rayonunda icra başçısının müavini olarkən V.Həsənov MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə intihar etdiyi deyilən İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlayıb.
Bu fakt vəkil Ramiz Zeynalovun irihəcmli məqaləsində öz əksini tapıb. Həmin məlumata görə, Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiterror Mərkəzinin müavini olmuş İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vaqif Həsənov tərəfindən inşa edilib.
Onunla bağlı ayrı-ayrı vaxtlarda Ağdam sakinlərinin video müraciəötlərini də təqdim edirik, baxın, görün prezidentin təyin etdiyi nümayəndəsi necə işləyir…

скачать dle 12.1