Bia.Az

Amerikalı diplomatdan Moskva və Tehranla bağlı xəbərdarlıq

Dünya
 28-01-2023, 13:39     145

Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur. 

Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Keren Donfrid “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları adlandırılan kontingent konstruktiv rol oynamır, İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır. O qeyd edib ki, narahatlıq son bir ildə, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı daha da güclənib.


Amerikalı diplomat Rusiya və İranın regional aktivliyi fonunda Ermənistan-Azərbaycan sülh prosesinə daha da böyük əhəmiyyət verilməsinin zəruriliyinə diqqət çəkib.
скачать dle 12.1