Bia.Az

Bakı Tehrana bu tələbi irəli sürməlidir

Siyasət
 28-01-2023, 13:34     160

İbrahim Rəisi Azərbaycan səfirliyinə hücumu araşdırmağı tapşırıb, lakin bu “araşdırmanın” nəticəsi əvvəldən bəllidir: terror aktı yox, “məişət zəminində” baş vermiş hücum olaraq müəyyən edəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Onun sözlərinə görə, Tehranın hücumun ilk saatından sərgilədiyi münasibət, terrorçudan alınan müsahibə, İran mediasının “məişət hadisəsi” üzərindən apardığı kampaniya və s. nəticəni də öncədən göstərir:

“Azərbaycan istintaq prosesində iştirak tələbini irəli sürməlidir. Türkiyədə Rusiya səfiri qətlə yetiriləndə istintaqı Ankara və Moskvanın birgə qrupu həyata keçirmişdi. Tehran həqiqətən də hücumun arxasında deyilsə, o zaman, Bakıdan göndərilən istintaq qrupunun iştirakına şərait yaratmalıdır. Ki, buna razı olacaqları ehtimalı da zəifdir”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.скачать dle 12.1