Bia.Az

Britaniya səfiri hücumla bağlı başsağlığı verdi

Gündəm
 27-01-2023, 13:53     252

Böyük Britaniya səfiri Ferqus Old Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə səfir Tvitter hesabında yazıb.

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı.

Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm”, - səfir qeyd edib.скачать dle 12.1