Bia.Az

Bu TERRORUN cavabı veriləcək! - İran mediası tələyə salmağa çalışır

Siyasət
 27-01-2023, 13:27     170

"Tehrandakı səfirliyimizə xain hücum terror hadisəsidir və İran rəsmilərinin "şəxsi münaqişə zəmini" ilə bağlı açıqlamaları absurddur. Hazırda hücumla bağlı İran mediasında yayılan məlumatlar da dezinformasiya xarakteri daşıyır və aldadıcı xarakterə malikdir".

Musavat.com xəbər verir ki, bunu Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu qeyd edib.
9616e2888cfe029ce318ec8e8bcb0fef.jpg (54 KB)
O bildirib ki, hücum anı ilə bağlı yayılan videogörüntülərdən müşahidə etmək olar ki, bu terror əvvəldən planlaşdırılıb və düşünülüb:

"Hücum edən şəxs xüsusi təlim keçmiş və silahla peşəkarcasına davrana bilən biridir. Hücumun gedişatından görmək olur ki, səfirlik binasına daxil olan şəxs konkret olaraq səfirlik əməkdaşlarını qətl etmək, terror törətmək məqsədi ilə ora daxil olub. Digər tərəfdən, hücum zamanı səfirliyin ətrafının qorunmaması məsələsi ciddi şübhələr yaradır. Halbuki, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyası mövcuddur və diplomatik fəaliyyət Vyana Konvensiyası əsasında tənzimlənir. Konvensiyanın maddələrinə əsasən, səfirlik binaları toxunulmazdır və bu toxunulmazlığı səfirliyin yerləşdiyi ölkə təmin etmə öhdəliyi daşıyır.

Bu hücum Azərbaycana təhdid xarakteri daşıyır. Amma anlamırlar ki, belə təhdidlərlə nəyəsə nail olmaq olmaz. Heç şübhəsiz ki, bu hücumun cavabı veriləcək!

Bildiyiniz kimi, hər ölkənin səfirliyi beynəlxalq hüquq nöqteyi-nəzərdən toxunulmazdır və yerləşdiyi ərazi həmin ölkənin ərazisi hesab edilir. Vətənimizin bu kiçik parçasına edilən xaincəsinə saldırı nəticəsində qəhrəmancasına şəhid olan səfirlik əməkdaşımıza Allahdan rəhmət, yaralımıza acil şəfa diləyirik!"скачать dle 12.1