Bia.Az

Sahibkarlara subsidiyalarla bağlı ŞAD XƏBƏR

Sosial
 26-01-2023, 15:47     215

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə qədər subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilirdi.

Yeni fərmana əsasən, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə veriləcək.скачать dle 12.1