Bia.Az

Ərdoğan yenə TƏNQİD HƏDƏFİNDƏ - Türkiyə lideri "islamçı avtoritar" ADLANDIRILDI

Dünya
 26-01-2023, 15:45     158

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “tamamilə islamçı avtoritar” adlandırıb.

Euronews xəbər verir ki, o bu barədə "In Never Give An Inch: Fighting for the America I Love I" adlı memuarında yazıb.
Səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı Vaşinqton və Ər-Riyad arasında baş verən hadisələrdən yazan Pompeo "The Washington Post" və "The New York Times" kimi qəzetləri iki ölkə arasındakı münasibətləri pozmağa çalışmaqda günahlandırıb.

ABŞ-ın keçmiş dövlət katibi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın “dövrünün ən mühüm liderlərindən biri, dünya səhnəsində həqiqətən tarixi şəxsiyyət olduğunu sübut edəcək islahatçı” olduğunu iddia edib.

Bunun əvəzində Pompeo Səudiyyə Ərəbistanını qətlə görə tənqid edən Rəcəb Tayyib Ərdoğanın daha diqqətlə araşdırılması lazım olduğunu və Türkiyə liderinin “tamamilə islamçı avtoritar vəziyyətə” gəlib çıxdığını yazıb.

Qeyd edək ki, Co Bayden administrasiyası ABŞ-da hakimiyyətə gələndə MKİ məlumatlarına istinadən qətli vəliəhd şahzadə Məhəmməd bin Salmanın sifariş etdiyini açıqlamışdı.

Jurnalistin qətlinə görə Ər-Riyad administrasiyasının məsuliyyət daşıdığını inkar etməyən keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Pompeo kitabında yazıb: “Bu çirkin, qəbuledilməz, dəhşətli, kədərli, rəzil, pis və təbii ki, qanunsuz idi. Amma təəccüblü deyil. Ən azından mənim üçün deyil. Yaxın Şərqdə bu cür qəddarlığın çox adi hal olduğunu bilmək üçün orada kifayət qədər uzun müddət yaşamışam".

Səudiyyə kralını cəsarətlə tənqid etmiş Kaşıkçının jurnalist olmasına da etiraz edən Pompeo medianın onu ABŞ-da qalmaqalları ifşa edən araşdırmaçı jurnalist Bob Vudvord kimi gördüyünü söyləyib və Kaşıkçını ələ salıb. 

Kitab nəşr olunandan sonra Camal Kaşıkçının nişanlısı Hatice Cengiz Pompeonun açıqlamalarından kədərləndiyini və dəhşətə gəldiyini bildirib: "Kimsə vəhşicəsinə öldürüldükdən sonra Pompeo qeyri-insani və hörmətsiz şəkildə danışır"./Musavat.com/скачать dle 12.1