Bia.Az

Azərbaycandan neft alan ölkələr - İXRAC

İqtisadiyyat
 26-01-2023, 12:23     409

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2022-ci ildə Azərbaycan 19 milyard 483,6 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac edib.

 Novator.az bildirir ki, ixrac ünvanları statistik dəyər baxımından belə sıralanıb: İtaliya, İsrail, Hindistan, İspaniya, Xorvatiya, Çexiya, Böyük Britaniya, Portuqaliya, İndoneziya, Almaniya, Türkiyə, Tunis, Vyetnam, İrlandiya, Rumıniya, Ukrayna, Tailand, Yunanıstan, İsveçrə, Tayvan, Avstraliya, Avstriya, Norveç, Niderland, Belarus, Fransa, Malayziya, Rusiya, Bolqarıstan, Gürcüstan.

2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 87,99 dollarla başlayıb.
Beynəlxalq razılaşmaya əsasən, Azərbaycanın gündəlik xam neft hasilatı 684 min barreli ötə bilməz.

2008-ci ildə ölkədə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton neft çıxarılıb.скачать dle 12.1